Xəbər lenti

erdogann.jpg
İstintaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin  Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu müəyyən edib.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında bəyan edib.

“O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumlar FETÖ-dən təmizlənəcək”- deyə, Ərdoğan bildirib.

Onun sözlərinə görə, səfir A.Karlovun qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də qoşulub. “Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”- deyə, Türkiyə prezidenti əlavə edub.

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.(Gununsesi.info)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.