Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_000050601.jpg
Belçikada "İran terrorizmi ilə müştərək mübarizə " adlı konfrans keçirilib.

 

Yanvarın 20 və 21 tarixlərində Belçikanın paytaxtı Brüsseldə iranda yaşayan xalqların nümayəndələrinin iştirakı ilə "İran terrorizmi ilə müştərək mübarizə" adlı konfrans və "İranda yaşayan qeyri-fars millətlərin" forumu keçirilib. "Guneynews"-un məlumatına görə konfrans İraq, Bəhreyn, Küveyt, Əlcəzair və İordaniyanın səfir və diplomatları, eləcə də bir sıra qeyri fars millətləri təmsil edən siyasi partiya və qrupların təmsilçilərinin iştirakı ilə baş tutub. "Əl-əhvazın istiqlalı uğrunda ərəb müqavimət hərəkatı"nın dəvəti əsasında baş tutan bu konfrans və forumda məntəqə olayları, eləcə də İranın məntəqədə ortaya çıxan böhranlarda rolu, qeyri fars millətlərin hüquq və istəklərinin İran hakimiyəti tərəfindən pozulması məsələləri geniş müzakirə edilib. Konfransda Güney Azərbaycanı Milli Müqavimət Hərəkatı- Dirəniş , Qurtuluş Partiyası , Güney Azərbaycan Demokrat Partiyası, habelə hüquqçu Saleh Kamrani və bir neçə başqa milli fəallar təmsil ediblər. Belə ki, yanvarın 20-də keçirilən konfransda Dirəniş hərəkatının sözçüsü Babək Çələbiyanlı və insan haqları fəalı Saleh Kamrani Güney Azərbaycanın türk millətinin istəkləri, eləcə də milli haqların rəsmi Tehran tərəfindən pozulması haqd çıxış edərək konfrans iştirakçılarını məlumatlandırmışlar. Yanvarın 21-də İranda yaşayan qeyri fars xalqları xaricdə təmsil edən siyasi təşkilat təmsilçiləri və diplomatların iştirakı ilə baş tutan forumda isə Azərbaycanın siyasi təşkilat təmsilçiləri Babək Çələbiyanlı, GADP sözçüsü Mahmud Bilgin, Qurtuluş Partiyası sözçüsü Sərdar Əsədi, eləcə də milli fəallar Ərsalan Kamranı, məhəmmədrza Təbrizli, Saleh Kamrani çıxış edərək Güney Azərbaycan həqiqətləri və milli mübarizə haqda iştirakçıları məlumatlandırıblar.
Sozcu.az
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_000050602.jpg

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
04 Yanvar 2018 “Traxtur” "Azadi" stadionunda baş verən hadisələrdən sonra ən prinsipial görüşə hazırlaşır
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
12 Dekabr 2017 Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.