Xəbər lenti

traxtur1.jpg
Günaz.tv xəbər verir ki,Ötən cümə günü Tehranın Azadi stadionunda Azərbaycana qarşı edilən ədəbsiz hərəkətdən sonra “Traxtur” Tehranın “İstiqlal” komandası ilə görüşə hazırlaşır.

  Bu görüş İranda kütləvi etiraz aksiyalarının getdiyi günlərə təsadüf etdiyindən, həmçinin “Perspolis”lə görüşdə baş verən hadisələrdən sonra ilk görüş olması, və rəqibin məhz “İstiqlal” komandası olması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 Görüş yanvarın 5-i yerli vaxtla saat 14:30-da Təbrizin Səhənd stadionunda keçiriləcək.

 “Traxtur” tərəfdarları ötən həftə Tehranda “Perspolis”lə görüşdə səsləndirilən təhqiramiz şüarlara cavab olaraq oyunun 10-cu dəqiqəsində “Azərbaycan ədəb diyarıdır – “Traxtur” iftixarıdır” şüarı səsləndirəcəklər.

 Görüş zamanı həmçinin “Qeyrət şərəf bizimdir, yaman demək sizindir”, “Urmu gölü dolmadı, türki (türk dili) rəsmi olmadı”, “Urmu gölü can verir, dovlət onun qətlinə fərman verir” və s. kimi şüarlar da səsləndiriləcək.

 Təbrizli məşhur aktyor Nasir Haşimi də yanvarın 5-də keçiriləcək görüşdə hər kəsi mədəni şəkildə “Traxtur”a dəstək verməyə çağırıb.
traxtur2.jpg

   Ötən cümə günü Tehranın Azadi satadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” futbol komandaları arasında keçirlən görüş zamanı meydan sahibinin 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndiriblər. Bu hadisəyə “Traxtur” klubu ilə yanaşı bir çox yerli məsul rəsmi şəkildə etiraz edib. Buna baxmayaraq “Perspolis” Futbol Federasiyasının İnzibati Komitəsi tərəfindən yalnız bir görüşdə tamaşaçı (azarkeş) dəstəyindən məhrum edilib.Tehran komandasının 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirdiyi halda, “Perspolis” yalnız bir oyun tamaşaçısız oynamağa və 150 milyon rial cərimə ödəməyə məhkum edilib. Açıq-aşkar təhqirə məruz qalan “Traxtur” klubu da İnzibati Komitənin cəzasından kənarda qalmayıb. Qərara əsasən Təbriz klubu 150 milyon rial cərimə ödəməlidir.

Sozcu.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
12 Dekabr 2017 Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.