Xəbər lenti

21azr11.jpg
Sozcu.az
xəbər verir ki.Azərbaycan Milli Hökumətinin" yaradılmasının 72-ci il dönümü münasibətilə Azərbaycanın siyasi partiyaları və siyasi qruplarının birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

"21 dekabrda Azərbaycan milli hökumətinin qurulmasının ildönümü, millət iradəsinin təzahürü və Aparteidin zülmü və ayrı-seçkiliyinə qarşı milli dirənişin kristalləşməsinin ildönümü "Güney Azərbaycan Dövlətçilik Günü" kimi Azərbaycan Türkləri tərəfindən hər il qeyd olunur.
Azərbaycan milli hökumətinin rəhbərləri çoxlu daxili və beynəlxalq çətinliklərə baxmayaraq, həbsxanalara və deportasiyalara dözərəkç 12 dekabrda Güney Azərbaycan xalqının qəhrəman evladlarının fədakarlğı və mübarizəsi nəticəsində müasir və demokratik qaydanın təməlləri qoyulmuşdur.
Diktatorların hakimiyyəti altında olan ərazinin cahilliklə bürüdüyü bir zamanda, Şahid Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan hökuməti milli qurumların yaradılması və "geyim azadlığı", "qadınlara səs vermək hüququ", "Türk dilinin rəsmiləşdirilməsi", və şəhər infrastrukturunun bərpası, kəndlərdə torpaq islahatlarının aparılması və sosial təminat yaradılması yolu ilə məzlum xalqlar arasında yeni bir fəsil yaradıldı.
Baxmayaraqkı Azərbaycan milli hökuməti bir ildən çox yaşamadı və xalq tərəfindən seçilmiş hökümət İran rejimi və böyük dövlətlərin siyasi-ideoloji polarizasiyasının sui-qəsd və razılığının qurbanisi olmuşdur.
Amma şəhid Seyyid Cəfər Pişəvəri və minlərlə azərbaycan evldaları Pəhləvanın təcavüzkar sistemi və İstanlin sürgünlərinə dözərək Azərbaycanın şimali torpaqlarında yaranmış "Məhəmməd Əmin Rəsulzadə" milli hökumətindən sonra ikinci milli hökümət təcrübəsini millətimizə miras buraxmışdır. Azərbaycan milli hökumətinin yaranmasından yetmiş iki il sonra biz Milli hərəkatın fəalları və siyasi partiyaları "Azərbaycan Milli Hökumətinin" varisi və davamçılarıyıq.
Təbii ki, həssas, beynəlxalq və regional siyasi qarqaşa və böhranlar zamanı milli fəallar və Azərbaycan qrupları milli döyüşçülərin yollarının qorunması və davam etdirilməsinə görə məsuliyyət daşıyırlar.
Azərbaycan xalqının düşmənlərinin sui-qəsdinin aradan qaldırılması və Cənubi Azərbaycan türklərinin milli və siyasi taleyini İnsan Hüquqlarının Ümumi Bəyannaməsi və beynəlxalq müqavilələrinə dayanaraq bərpa edilməsi qurumlara arası əməkdaşlıq və emosional həyəcanlardan qaçlnmaq və habelə siyasi dialoq əsasında və qarşı düşüncəyə hörmət etməkdən asılıdır.
Biz birgə bəyanata imza atanlar, edam və sürgündə canlarını itirən minlərlə "Azərbaycan Milli Hökumətinin" şəhidinə hörmət edrək, müasir siyasi fəlsəfə əsasında qurulan Azərbaycan Milli Hökumətinin yaradılmasının 72.ildönümüdə "Güney Azərbaycan Dövlətçilik Gününü" qeyd edir və Güney Azərbaycan Azərbaycan türk millətinin milli-siyasi taleyini müəyyən etmək üçün milli mübarizənin davam etdirilməsini vurğulayırıq.
Yaşasın Azərbaycan Türk Milləti!
Yaşasın Azərbaycan Milli Hərəkatı!
21azer2.jpg

Təşkilat imzaları:
12/11/2017

1- Azərbaycan Demokratik Birligi- Birlik
2- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT
3- Azərbaycan Öyrənci Hərəkəti- AZOH
4- Dünya Azərbaycanlıları Konqresi- DAK
5- Güney Azərbaycan Demokrat Partiyası- GADP
6- Güney Azərbaycan Demokrat Türk Birliyi- GADTB
7- Güney Azərbaycan İnsan Haqları Mərkəzi)
8- Güney Azərbaycan İnsan Haqları Şurası – ABŞ
9- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
10- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
11- Güney Azərbaycan Qurtuluş Partiyası
12- Güney Azərbaycan Sosial Demokrat Partiyası
13- Milli Yol Təşkilatı
14- Vahid Müstəqi Azərbaycan Cəbhəsi

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
04 Yanvar 2018 “Traxtur” "Azadi" stadionunda baş verən hadisələrdən sonra ən prinsipial görüşə hazırlaşır
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.