Xəbər lenti

sehriyarr.jpg
Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə hörmətsizlik edilib.

Bir qurup şəxs zorakılıq nümayiş etdirərək şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salıb. Büstün müxtəlif hissələri dağılıb.

Xatırladaq ki, Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb.

Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib.

Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə Şəhriyarın "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirlər; haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını qeyd ediblər. (azvision.az)

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
04 Yanvar 2018 “Traxtur” "Azadi" stadionunda baş verən hadisələrdən sonra ən prinsipial görüşə hazırlaşır
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
12 Dekabr 2017 Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.