Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_shehidcenub.jpg 

Noyabrın 3-də Qərbi Azərbaycan vilayətində PJAK və İranın sərhəd polisi arasında baş verən qarşıdurma zamanı əsasən hərbi xidmət keçən əsgərlərin həlak olması əhali tərəfindən hiddətlə qarşılanıb.

 Rəsmi açıqlamalara əsasən, PKK-nın İran qanadı PJAK və Çaldıran sərhəd qərargahı qüvvələri arasında ortaya çıxan qarşıdurmada həlak olan əsgərlərin altısı İran Azərbaycanından, biri Kərəcdən, biri isə Türkmənsəhra bölgəsindəndir.

Hərbi xidmətlərini keçirən Mehdi Kəltə, Əmir Qurbani, Məhəmməd Hüseynzadə, Səid Gülabi və Abbas Qadiri habelə çavuşlar Həmid Hacızadə, Məhbub Nuri və Mehdi Hüseynzadə Çaldıranın Dövşantəpə kəndinin yaxınlarında həlak olublar.

Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən yerli qəzetlər və internet portalları əhalinin bölgənin təhlükəsizliyi bağlı narahatlığını gündəmə gətirirlər. Xüsusilə hərbi xidmətini keçirən gənc əsgərlərin həlak olmasının əlahi arasında qəzəb doğurduğu bildirilir.Həmçinin sosial mediada hərbi xidmət üçün sərhəd bölgələrinə göndərilənlərin adətən qeyri-fars bölgələr və ya yoxsul ailələrdən olduğuna diqqət çəkilir.

Günaz TV-nin yayımladığı məlumata istinadən, son qarşıdurma həlak olan 8 əsgərdən 7-si türk, birisi isə türkmən cəmiyyətinə mənsubdur.
(Amerikanın Səsi)
Sozcu.az

 

 

 

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
01 İyul 2017 Daha bir azərbaycanlı fəal yoxa çıxdı
05 İyun 2017 Cənubi Azərbaycan hərakatının süqutunun gizlinləri: İ.Stalin – M.Bağırov- S.C.Pişəvəri
04 İyun 2017 Göytəpənin də adı farslaşdırılır – Müraciət
25 May 2017 Xamenei Azərbaycan nümayəndəsini dəyişir
17 May 2017 Təbrizdə Azərbaycan üçün koalisiya yaradıldı
13 May 2017 İranda Azərbaycan Bayrağı ilə şəkil çəkdirdiyi üçün həbs edilən fəal azadlığa çıxdı
27 Aprel 2017 "Güney təkcə yaralı bir aslana deyil, həm də intiqam alovuna çevrilib"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.