Xəbər lenti

0098456755.jpg
İranın Qum şəhərində bələdiyyə işçilərinin döyərək öldürdüyü azərbaycanlı səyyar satıcı ilə bağlı etiraz aksiyası keçirilib.

  Qum şəhərində meyvə-tərəvəz bazarında keçirilən aksiyada etirazçılar Bələdiyyə İdarəsindən həmkarlarının ölümünün səbəbi ilə bağlı açıqlama gözlədiklərini elan ediblər.

Bələdiyyə İdarəsi isə səyyar satıcıya qarşı heç bir zorakılıq edilmədiyini, sadəcə ona xəbərdarlıq edildiyini bildirib.

Qum Əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Seddiqi Axa isə bəyan edib ki, ilkin araşdırmalara görə, onun döyülərək öldüyünə dair heç bir sübut yoxdur. Hələlik onun infarktdan öldüyü ehtimal olunur. Lakin bu barədə tibbi ekspertiza yekun rəyini açıqlayacaq.

Məsələyə Qum şəhərinin prokuroru Mehdi Kahə də münasibət bildirib.

“Hadisə ilə bağlı Bələdiyyə İşçilərinin 5-i idarəyə çağırılaraq sorğu-sual edildi. Bu barədə həmçinin müəyyən araşdırmalar aparıldı və bir neçə şahid də dindirildi. Müşahidələrə görə, hadisədə qəsdən adam öldürmək kimi bir məsələ olmayıb”, - o qeyd edib.

Qeyd edək ki, səyyar satıcılar oxşar problemlərlə vaxtaşırı Güney Azərbaycan şəhərlərində də üzləşir. Azərbaycanda hökm sürən yoxsulluq və işsizlikdən dolayı səyyar satıcılıq kimi işlərlə məşğul olanların sayı artıb. Bəzi azərbaycanlılar isə ümumiyyətlə doğma diyarını tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar. Onlar davamlı olaraq Bələdiyyə İdarəsinin işçiləri ilə problem yaşayırlar.

Axar.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
04 Yanvar 2018 “Traxtur” "Azadi" stadionunda baş verən hadisələrdən sonra ən prinsipial görüşə hazırlaşır
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
12 Dekabr 2017 Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.