Xəbər lenti

nesimxanim.jpg
Azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini Nəsim xanım Sadiqi yaşadığı şəhərin İnqilab Məhkəməsinə çağırılıb.

 Azərbaycanlı fəal “Tərh-i No” qəzeti türklər haqqında təhqiramiz yazı dərc etdikdən sonra 2016-ci ildə Təbrizdə keçirilən etiraz aksiyasında saxlanılıb. O, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 5 gün saxlandıqdan sonra sərbəst buraxılıb.

Fəal saxlandığı zaman “sistemin əleyhinə təbliğ” və “ölkənin təhlükəsizliyinə qarşı addım atmaq”da ittiham olunub.

Qeyd edək ki, 2016-ci il iyulun 20-də ETTELAAT-a bağlı olan “Tərh-i No” qəzeti 868-ci sayısında türklərə qarşı təqhiramiz yazı dərc edib. Yazıda müəllif Firdovsinin “Şahnamə” əsərindən bir hekayə anladaraq türklərlə bağlı “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı arvaddır. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, arvadlar kimi əlinə pambıq və mil götür” – kimi təhqiramiz sözlərdən istifadə edib.

Bu məqalə Güney Azərbaycanın Təbriz, Urmiyə, Zəncan, Marağa, Ərdəbil, Xoy və s. kimi şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb oldu, küçələrdə “Haray,haray, mən türkəm”, “Azərbaycan milləti, çəkməz bu zilləti”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirilib. Dinc aksiyalar təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb, etirazçılardan bir neçəsi döyülərək bədən xəsarətləri alıb, onlarla fəal saxlanılıb.

axar.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2018 Ərtoğrul Sağlam "Traktor Sazi"də
04 Yanvar 2018 “Traxtur” "Azadi" stadionunda baş verən hadisələrdən sonra ən prinsipial görüşə hazırlaşır
01 Yanvar 2018 Güney Azərbaycan təşkilatları xalqa müraciət etdi
29 Dekabr 2017 Məşhədi etiraz nümayişləri bürüdü – “Ruhaniyə ölüm”
12 Dekabr 2017 Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar
10 Dekabr 2017 Nobel alan ilk müsalman qadın türk olub
04 Dekabr 2017 Güney Azərbaycandan Türkmənelinə daha bir dəstək-FOTO
18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.