Xəbər lenti

irann.jpgİslam Respublikası bu addımı ilə türk dilini İranda xarici dil kimi gördüyünü gizlətmir

Urmiya Universitetində türk dili (Azərbaycan dili) və ədəbiyyatı fənninin tədrisinə icazə verilməsi ilə bağlı məlumatlar yayılıb. Daha doğrusu, bu barədə jurnalistlərə açıqlamasında Urmiya Universitetinin rektoru Rəhim Hubnəqi bildirib. Hubnəqi deyib ki, gələn semestrdən universitetdə türk dili və ədəbiyyat fənni üzrə iki dərs tədris olunacaq.

Onun sözlərinə görə, dil dərsində iştirak könüllü olacaq. Xatırladaq ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi nəzərdə tutulur. Lakin bu iki maddə uzun illər icra olunmayıb. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan mediasının İran hakimiyyətinin bu sayaq təbliğatına tez uyması qəribədir: 

"Elə hesab edilir ki, bu rejim Azərbaycan türklərinin milli-mədəni haqlarını verir. Ancaq reallıqda bunun heç işartısı belə yoxdur. Türklərin milli-mədəni haqlarının təmin edilməsini istəyənləri həbs edən bir rejim sizcə, belə asanlıqla onların dil haqqını tanıyarmı?! Təbii ki, yox. Bir də ki, bu, yeni məsələ deyil. Əvvəllər də bu kimi xəbərlər yayılıb. Başqa universitetlərdə eyni statusla, fakültətiv fənn kimi türk dilinin tədrisi məsələsi gündəlikdə olub. Ötən illərdə prezidentliyə keçmiş namizədlər Mahmud Əhmədinejad və Mirhüseyn Musəvi də hökumət başçıları seçiləcəkləri halda türk dilinin universitetlərdə tərdisini təşkil edəcəklərinə söz vermişdilər. 

Həmin siyasi kampaniyada Əhmədinejad qalib gəlsə də, verdiyi vədin heç bir hərfini də sonradan dilinə gətirmədi. Oxşar məsələ kürd dilinin tədrisi ilə bağlı da gündəliyə çıxarılıb. Bütün bunlar hakimiyyətin türk dili ilə bağlı yeni oyunudur. İslam Respublikası bu addımı ilə türk dilini İranda xarici dil kimi gördüyünü gizlətmir. Əvvəla, türk dili xarici dil olaraq, fakültətiv məşğələ kimi tədris ediləcək”. Ekspertin fikrincə, bu məsələnin Güney Azərbaycandakı soydaşlarımıza heç bir xeyri yoxdur. Əksinə, bir az dərin düşünülərsə, ziyanı var. Çünki Azərbaycan türklərinin milli haqqının təminini istəyənlər arasında Azərbaycan türkcəsinin İranın dövlət dili olmasını tələb edənlər də var. İranın irəli sürdüyü bu sayaq cəfəng ideyalar Güney Azərbaycanda çoxdan çıxdaş olub. Bu baxımdan Tehran hakimiyyəti Azərbaycan türklərinin haqlı istəklərindən yayınmaq üçün zaman-zaman bu üsuldan yararlanır”.

Bölmənin digər xəbərləri

18 Noyabr 2017 İranda Azərbaycan şairi Şəhriyarın büstünü dağıdıblar
06 Noyabr 2017 PKK-nın Çaldıranda öldürdüyü 6 əsgər Azərbaycan türküdür –Gənc əsgərlərin həlak olması İranda etiraz doğurub
23 Oktyabr 2017 Azərbaycanlı baş redaktor saxlanıldı
20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
01 İyul 2017 Daha bir azərbaycanlı fəal yoxa çıxdı
05 İyun 2017 Cənubi Azərbaycan hərakatının süqutunun gizlinləri: İ.Stalin – M.Bağırov- S.C.Pişəvəri
04 İyun 2017 Göytəpənin də adı farslaşdırılır – Müraciət
25 May 2017 Xamenei Azərbaycan nümayəndəsini dəyişir
17 May 2017 Təbrizdə Azərbaycan üçün koalisiya yaradıldı
13 May 2017 İranda Azərbaycan Bayrağı ilə şəkil çəkdirdiyi üçün həbs edilən fəal azadlığa çıxdı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.