Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_kxcpakir1.jpg
Dekabrın 31-də KXCP İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib. 

Musavat.com xəbər verir ki, aksiyada 50-yə yaxın partiya üzvü iştirak edib və onlar İrandakı soydaşlarımızın hüquqlarının pozulmasına etirazlarını bildiriblər. Aksiya iştirakçıları "Yaşasın bütöv Azərbaycan!", "Təbriz, Təbriz", "Azərbaycan bir olsun!,- kimi şüarlar səsləndiriblər. Aksiyada polislə insident yaşanmayıb, ancaq səfirlikdən də heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb. Həmçinin aksiyanın qətnaməsi də qəbul edilməyib.

Partiya təmsilçisi Bəybala Əbil İrandakı türklərin hüquqsuzluğunun pik həddə olduğunu vurğulayıb və buna son verilməsinin vacibliyini də diqqətə çatdırıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə musavat.com-a bildirib ki, Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə keçirilən bu ənənəvi aksiya güneydəki azərbaycanlıların hüquqları qorunacağı günə qədər davam edəcək: "Bütöv Azərbaycan yolçuları sözlərini dedilər, tələblərini səfirliyə çatdırdılar. Bu aksiya güneydəki soydaşlarımızın hüquqları bərpa olunana qədər hər il davam edəcək. Həmin gün də yaxındır". 

KXCP üzvləri aksiyanın qətnaməsini səfirliyə təqdim edib. 

Sozcu.az həmin qətnaməni təqdim edir:

Klassik Xalq Cəbhəsi Partıyasının Gûney Azərbaycan Tûrkləri ilə bağlı

Q Ə T N A M Ə S İ


KXCP - İran İslam Respubilkası hökûmətindən tələb edir :
- Qəbul etdiyi öz Konstitusiyasına və imza atdığı Beynəlxalq sənədlərdə nəzərdə tutulan mûddəalara əməl etsin;
- Azərbaycan Tûrklərinin hûquqlarını mûdafiə edən fəallara qarşı hebslərə və edamlara son qoysun;
- Azərbaycan Tûrklərinin ana dilində təhsil almasına, ana dilində radio-televiziya verilişləri yayılmasına şərait yaratsın;
- Azərbaycan Tûrklərinin tarixini saxtalaşdırmasın, onların yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrini məhv etməsin, Tûrklərin tarixini və tarixi səxsiyyətlərini farsların adına çıxmasın;
- Azərbaycan Tûrklərini fars şovinizminin girovuna çevirməsin;
- Adını "İslam Respublikası", əhalisini " Mûsəlman' adlandırıb, Quzey Azərbaycan Respublikasnın 20 faiz torpaqlarını xarici ağalarının hərbi yardımı ilə işğal edən, Xocalıda soyqırım törədən, bir miliyon müsəlman Azərbaycan Tûrkûnû öz yurd-yuvasından didərgin salan, Qarabağda məscidleri təhqir edən ermənilərə hər cûr yardımı dayandırsın.

 

Bölmənin digər xəbərləri

20 Sentyabr 2017 Güney Azərbaycan təşkilatları bəyanat yaydılar
19 Sentyabr 2017 “Ərdəbil əhalisi sürətlə azalır” - Millət vəkili
16 Sentyabr 2017 İran adlanan yerdə azərbaycanlı fəallara qarşı ittiham irəli sürülüb
26 Avqust 2017 İranda Türk ləhcəsində danışanlara qadağa qoyuldu
14 Avqust 2017 Bələdiyyə işçilərinin döydüyü azərbaycanlı öldü - Aksiya
11 Avqust 2017 İrandan parlamentində Türk Fraksiyası ləğv edildi
11 Avqust 2017 İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
31 İyul 2017 Güney Azərbaycan davası məlum irindən qurtulmalıdır! ( üç il gecikmiş cavab)
19 İyul 2017 Urmu gölü can verir
11 İyul 2017 Türkləri təhqirə etiraz edən xanım məhkəməyə çağırıldı
09 İyul 2017 Güney Azərbaycanda Zəhranın qətlinə etirazlar davam edir
01 İyul 2017 Daha bir azərbaycanlı fəal yoxa çıxdı
05 İyun 2017 Cənubi Azərbaycan hərakatının süqutunun gizlinləri: İ.Stalin – M.Bağırov- S.C.Pişəvəri
04 İyun 2017 Göytəpənin də adı farslaşdırılır – Müraciət
25 May 2017 Xamenei Azərbaycan nümayəndəsini dəyişir
17 May 2017 Təbrizdə Azərbaycan üçün koalisiya yaradıldı
13 May 2017 İranda Azərbaycan Bayrağı ilə şəkil çəkdirdiyi üçün həbs edilən fəal azadlığa çıxdı
27 Aprel 2017 "Güney təkcə yaralı bir aslana deyil, həm də intiqam alovuna çevrilib"
07 Mart 2017 İranda türk və ərəb fəallara basqılar artıb
16 Fevral 2017 İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.