Xəbər lenti

zelim1.jpg
Stokholmda Güney Azərbaycan Konqresinin təşəbbüsü və İsveçdəki soydaşlarımızın iştirakı ilə 1946-cı ildə Güney Azərbaycanda millətimizə qarşı həyata keçirilən “Milli mədəni soyqırım- etnosit”ə həsr olunmuş mərasim keçirilib.

Sozcu.az-ın məlumatına görə,  mərasim 1945-ci ildə Təbrizdə qurulmuş Milli Hökumətin və Azərbaycan Respunlikasının himnlərilə başlayıb. Giriş sözü ilə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir çıxış edərək 21 Azər Hərəkatının mahiyyəti və 26 Azər faciəsinin tariximizdəki yeri və bu tarixin bəşəriyyətə tanıtdırılması mövzusunda mərasim iştirakçılarına məlumat verdikdən sonra ilk məruzə üçün söz Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib.  Zəlimxan Məmmədli Güney Azərbaycanda 71 il öncə qurulan Milli Hökumət haqda baxışlarını açıqlayaraq Əbülfəz Elçibəyin Bütövlük ideyası, 21 Azər hərəkatının önəmi, eləcə də Azərbaycandakı durum, ölkənin diaspora siyasəti və Borçalı məsələsinin cəhətləri haqda ətraflı məruzə edib. İkinci məruzə ilə Ümid Partiyasının və Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı çıxış edib. R. Muradlı Güney Azərbaycanda siyasi mübarizənin hazırkı durumu, İrandakı siyasi vəziyyət, 21 Azər hərəkatının tariximizdəki yeri və 26 Azərdə Pəhləvilərin Təbrizdəki cinayəti  haqda məruzə etdikdən sonra Güney Azərbaycanda həbsdə olan milli fəaların durumunun nigaranedici olduğunu diqqətə çatdırıb. Məruzələr ətrafında İsveçdə yaşayan soydaşlarımız Atilla Türk, Teymur Eminbəyli, Müxrəddin İsayev, Salar Qoca, Eluca Atalı, Rahim Sadiqbəyli, Nadir Xankişiyev, tanınmış jurnalist Metin Altınişık və başqaları çıxış edərək və verdikləri suallarla 26 Azər həqiqətlərinin dünyaya çatdırılması yolunda əməli addımların aparılmalı olmasına təkid ediblər. Mərasimdə İsveçdə yaşayan milli fəal Babək Azada Borçalı Cəmiyyəti tərəfindən təsis edilən  İlin Şərəf Medalı təqdim olunub, GAK-nin sədri Abdulla Əmir Haşimi Cavanşirə isə Borçalı Cəmiyyətinin fəxri üzvlüyü və İsveç və Skandinaviya üzrə təmsilçilik diplomu təqdim edilib. Mərasimin sonunda iştirakçılar adından 26 Azər həqiqətlərinin araşdırılması, Güney Azərbaycanda milli fəallara qarşı zorakılığa son qoyulması və milli fəal Mürtəza Muradpurun məhbəsdə yaşadığı aclıq aksiyasına səssiz qalınmaması ilə bağlı Dünya birliyinə müraciət qəbul olunub.

Müraciətin mətni


“9 dekabr 2016-cı ildə Stokholmda 1946-cı ildə Güney Azərbaycanda millətimizə qarşı həyata keçirilən “Milli mədəni soyqırım- etnosit”ə həsr olunmiş toplantı iştirakçılarının Dünya Birliyinə
        

MÜRACİƏTİ


Biz 71 il öncə 21 Azər Hərəkatının qələbəsilə mərkəzi Təbriz olan, milli dəyərlərimizə sahib çıxan Milli Hökumət qurduq. Təəsüflər olsun ki, cəmi bir il sonra imperialist güclərin dəstəyilə Pəhləvi Rejimi Milli Hökumətimizi beşikdəcə boğaraq soydaşlarımızı qanına qəltan etməklə bərabər Güney Azərbaycanda millət adına mövcud olan mənəvi dəyərlərə belə təcavüz etməkdən çəkinmədi. Pəhləvi Rejimi 1946-cı ilin Azər ayının 26-da ( 17 dekabr) Təbrizdə və digər şəhərlərimizdə Ana dilimizdəki kitabları, özəlliklə övladlarımızın orta məktəb dərsliklərini yandırmaqla və bu dildə tədris edən müəllimləri edam etməkıə bəşəriyyət üçün analoqu olmayan başqa bir cinayətə -boyqırıma də əl atdı. O zaman 2-ci Dünya Müharibəsindən yeni çıxmış dünya bu olaya biganəlik nümayiş etdirdi. Təəsüflər olsun ki, bu səssizlik bu gün də davam edir. Eləcə də İranda siyasi quruluş dəyişsə də belə millətimizə qarşı milli ayrıseçkilik bu gün də hökm sürür. Məhz bu gün də 35 milyonluq Azərbaycan türkləri ana dilində təhsil haqqından və mədəni huquqlardan məhrum yaşamaqdadırlar.

Biz, toplantı iştitakçıları olaraq Dünya ictimaiyyətindən, özəlliklə Beynəlxalq qurumlardan bu faciə ilə bağlı mövqe bildirmələrini və araşdırma apararaq millətimizə qarşı həyata keçirilmiş bu etnositə hüquqi qiymət verilməsini tələb edirik. Eyni zamanda bugünkü İranda milli haqları üçün mübarizə aparan Azərbaycanlı fəallara qarşı davam edən repressiya siyasətinə son qoyulması üçün əməli addımlar aparılmasına israr edirik. Bu gün artıq 48 gündür ki, milli fəal Mürtəza Muradpur zindandakı haqsızlığa qarşı etiraz olaraq aclıq aksiyası keçirir. Sivil dünyanın gözləri önündə daha bir insanlıq faciəsi baş verməkdədir. Biz Dünya Birliyindən bu faciəyə də dərhal müdaxilə etməsini, Mürtəza Muradpurun haqlarının təmin olunaraq aclıq aksiyasını dayandırması üçün əməli addımlar atmasını tələb edirik”.
zelm2.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zelm3.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_zelm4.jpg

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.