Xəbər lenti

mahmud11.jpg
Güney Azərbaycan Demokrat Partisinin sözçüsü Mahmud Bilgin iki günlük Amerikada işgüzar səfərdə olmuşdur

Səfər zamanı Mahmud bəy senator və konqresmenlərlə görüşərək Güney Azərbaycan haqda bilgilər vermişdir.Güney Azərbaycanlı siyasi məhbuslar barədə,fars şovinizminin irqçi siyasəti,Urmiya gölünün qurudulması barədə fikir mübadiləsi aparılmışdır.Vaşinqtonda öncədən planlanan səfərdə görüşlərin zamanı təyin edilmişdir.

Mahmud bəy ilk gündə 3 görüş keçirmişdir.Molly.M.Carpenterle ,Amerika səsinin Farsı bölümü və Human Rights Watchın Ortadoğu araşdırıcısı xanım Tara Sephri Farla olub.
Mahmud bəy keçirdiyi görüşlər barədə bunları bildirir.

1.Barak Obamanın keçmiş Cümhürıyətçi rəqibi sayın senatör Mc Cainın qanunverici müşaviri Molly .M.Carpenterlə bir saatlıq olumlu ve müsbət görüşümüz oldu.Azərbaycan Türkünün ve Milli Hərəkatımızın gücü ve soruların anlatdıq,yazılı bilgilər sunduq .Senator Mc Cainin Sena`da İran məsələlərində ,Azərbaycan Türkünün haqqında Məclisdə danışmasını rica etdik.Bu fikirimizi çox səmimi qarşıladı.

2-Amerika səsinin Farsı bölümünde 28 dəqiqə müsahibə verdim.Milli haqlarımızdan müdafiyə etməyə çalışdım.İlginc nöqtələrindən soruların birisində siz özünüzü Azerbeycan Türkü ve İranlı bilirsinizmi soruşdular? Dedim İran sözünə heç hissim ,bağlılığım yoxdur və özümü İranlı bilmirəm. Fars millətilə eşid haqlarımız olanda yenidən dəyərləndirə bilərəm.Fikirimcə görüşümüz iki tərəfli olumlu və müsbət keçdi.

3-Human Rights Watchın Ortadoğu araşdırıcısı xanım Tara Sephri Farla bir saatdan çox görüşümüz oldu.Görüşümüzün əsas mövzusu GüneyAzərbaycan siyasi məhbusları barədə oldu.Dr Latıf Həsənli,Yürüş Mehrəlibeyli,Rəsul Rəzəvı və özəlliklə Mürtaza Muradpurun aclıq aksıyasının 43-cü gününü qeyd edərək halının pis olduğunu vurğuladıq.Dəqiq məlumatlar istədilər və bütün insan haqları ilə bağlı diqqətlə və incəlikləriylə xəbərləri həmən onlara çatdırmağımızı rica etdiler.Bu haqda məlumatları Vaşınqtonda yaşayan Həbıb bey Azərsina çatdıracağını söz verdiler.Görüşlərdə mənlə birgə ,UNPO nümayəndəsi Sayın Marvin Kumetat ve Habib bey Azərsina var idilər.

Vaşingtonda keçirdiyimiz görüşlerimizin ikinci günündə üç görüşümüz oldu.

1- Hudson İnstitutusunun iki sorumlusu ,Abram N.Shulsky ve Eric Brown 
2- Konqresmen William Keatingin və siyasi Müşaviri xanım Gabrıelle Gould
3-.Kongresmen Steve Chabotunun qanun verici sorumlusu sayın Albert Wolf.

Hudson İnstitutusunun sorumluları bizi çox sıcaq qarşıladılar. Onların Iranda Kürd ,Ərəb və Bəluçlardan çoxlu bilgilərı varıydı .Biz Güney Azerbaycan haqda onlarla bilgilərimizi paylaşandan sonra çoxlu suallar suallarsoruşmağa başladılar.Iranda sınırlarımız haqda ,Kürdlərlə ilişgilərimiz,İran`ın gələcəyinə bizim siyasi alternativimiz ve... Bu haqda söhbət etdikdən sonra onlarla əlaqələrimizin daim olmasını arzu etdilər. Bu İnstitut 1965 dən bəri yaxın gələcəkdə dünyanın siyasi və sosyal dəyişikliklərin ön görən raporlar yayır .
İkinci görüşümüz William Keatingin siyasi Müşaviri xanım Gabrıelle Gould( William Keatingin özü ilə son dəfə görüşümüz olmuşdu)bilgilərimizi sunandan sonra ,siyasi məhbuslarımızın aclıq aksıyaları haqda ,ayrıca Urmu Gölünün acınacaqlı durumundan danışdıq.Urmiya gölünün acınacaqlı durumuna çox təsüfləndi.

Kongresmen Steve Chabotunun qanun verici sorumlusu sayın Albert Wolfda yazılı çox saylı bilgilerimizi incələyəndən sonra bu bilgilerin dəyərləndirməsin bəlirlədi 
Görüşlərdə mənimlə birge ,UNPO nümayəndəsi Sayın Marvin Kumetat ve Habib bəy Azərsina iştrak etmişlər
mahmud2.jpgb_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_mahmud3.jpg

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.