Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_rufetmuraz.jpgİndi o tarixdən bizi tam 70 il ayırır. 71 il öncə vətənimizin güneyində 21 Azər adı ilə yazılan şərəf tatixinin qanla boğulduğu növbəti ilin Azərindən. Qışın şaxtasında Təbriz küçələrini donmuş fədai qanlarının al rəngə boyadığı o dəhşət saçan faciədən. Pəhləvi rejiminin minlərlə soydaşımızın qanını tökməsilə yanaşı insanlıq adına yaşanan utancverici kitab yandırılma rəzalətinədək millətimizə yaşatdığı gerçək soyqırımdan.. Bu haqda Ümid Partiyası olaraq demək olar hər il bəyanatlar yayır, dünyaya səslənir, bu bəşəriyyət əleyhinə törədilən cinayətə dünyanın diqqətini cəlb etmək istəyirik. Ötən ilin Azər -dekabr ayında İsveçdə Güney Azərbaycan Konqresinin təşkil etdiyi "21 Azər Həftəsi" çərçivəsindəki görüşlərimizdə də bu faviə haqda isveçli parlamentarlara ətraflı məlumar vermişdik. Hər halda bu insanlığa zidd cinayətləri dünyanın tanımasında fayda olduğunu düşünürəm. Hərçənd dünyanın səssiz qalmasını da müşahidə etməkdəyik. Bütün hallarda soydaşlarımızın tapdanan haqlarının qorunması üçün əliimizdən gəldiyini əsirgəməməliyik, şübhəsiz buna da haqqımızın olmadığı qənaətindəyik. Əslində biz Güney Azərbaycanda bu gün sayları 35 milyonu keçən qardaş və bacılarımızın milli haqlarına çatmasında onların yanında olmağı özümüz üçün borc bilirik və bu yöndə siyasi mövqeyimiz dəyişməzdir. Bəs bu günlər 70 ilini qeyd edəcəyimiz Təbriz soyqırımı haqda nə qədər bilirik? Yəqin kimsə buna etiraz etməz ki, biz tarixi yaddaşı iti olmayan bir toplumuq. Olanları tez unudaraq durumla barışar, heç nə olmamış kimi davam edərik. Bəlkə də bu xüsusiyyətdə pozitiv cəhətlər də araya bilərik. Amma unutqanlıq sindromu yaşayan toplumların tarixinə ekskurs etsək heç də uğurlu millət gerçəyilə üzləşməyəcəyik. Nə yazıq ki, bu əsnada bir zamanlar vətənimizin quzeyində yaşadıqlarımız güneyindən də yan keçməmişdir. 70 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 6 onillik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır. Bir illik Milli Hökumət dönəmində İran cografiyasında görünməmiş inkişafa nail olmuş Təbrizin qan gölünə çevrildiyi o günlərdə tarix milllətimizə qarşı misli görünməmiş bir cinayətə də şahid oldu. 26 Azərdə (17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. Yeganə günahı ana dilimizdə yazılması olan minlərlə kitab... Heç bircə il belə övladlarımızın oxumasına macal tapmadığı Azərbaycan türkcəsindəki dərsliklər. Bu olay bəlkə də 20-ci əsrdə "Kitab qətliamı" kimi tarixə düşdü. Amma bəşəriyyət bu insanlığa zidd cinayətdən gerçəkdən xəbərdardırmı? Kitab qətlinə fərman verənlər və onların icraçıları haqda dünya ictimaiyyətini nə qədər məlumatlandıra bilmişik? Sivil dünyanı xüsusi eybəcərliyilə seçilən bu cinayət haqda məlumatlandırmaq üçün nə etmək gərəkdir? Azərbaycanın diaspora qurumları bu yöndə hər hansı addım atmışdırmı? Məncə bütün bu suallar cavabsız qalacaq. Amma bəşəriyyət bu cinayəti mahiyyət etibarı ilə tanımalıdır. Və bu tanıtma missiyası 21 Azər qüruru yaşayan bütün soydaşlarımızın öhdəsinə düşür. Gəlin, Seyid Cəfərlərin, Kavianların, Cavidlərin, Firidunların, Biriyaların bizə miras qoyduğu və tariximizdə cəmi bircə il balalarımızın öz analarının dilində oxuduqları o kitabların haqqını qismən də olsa bərpa edək.

Rüfət Muradlı, Ümid Partiyası sədrinin müavini

Bölmənin digər xəbərləri

07 Mart 2017 İranda türk və ərəb fəallara basqılar artıb
16 Fevral 2017 İran parlamentini silkələyən Azərbaycan çıxışı - Video
28 Yanvar 2017 İranda milli fəala 10 il həbs, 2 il sürgün cəzası verilib
17 Yanvar 2017 Çöhrəqanlı Rəfsəncanidən danışdı: “Xəyanət qarşılığında mənə vəzifə təklif etdilər”
16 Yanvar 2017 İran rəsmisi: “İran, Səudiyyə Ərəbistanı hökumətini devirmək niyyətində deyil”
11 Yanvar 2017 İRAN TÜRK DİLİ İLƏ BAĞLI YENİ OYUN OYNAYIR
09 Yanvar 2017 “Güney Azərbaycan türkünün varlığı İrandakı mövcud rejimi narahat edir”
02 Yanvar 2017 “Traktor Sazi” finalda
31 Dekabr 2016 KXCP İran səfirliyinin önündə aksiya keçirdi - QƏTNAMƏ
28 Dekabr 2016 Güney azərbaycanlı fəal 65-ci gündən sonra aclıq aksiyasına son qoydu
23 Dekabr 2016 "Güney Azərbaycanda son durum və milli vəzifələrimiz" adlı konfrans keçirildi
20 Dekabr 2016 Fars rejimi Təbriz Məhkəməsi önündə piket keçirən türk fəalları həbs edib
17 Dekabr 2016 Təbrizlilər ayağa qalxdı, İran kanalı yayımı kəsdi
10 Dekabr 2016 Stokholmda 26 Azər mərasimi keçirildi - FOTOLAR
08 Dekabr 2016 GADP sözçüsü Mahmud Bilgin ABŞ-da uğurlu görüşlər keçirib
05 Dekabr 2016 Mürtaza Muradpurun İran zindanında aclıq aksiyası keçirir
25 Noyabr 2016 İranda ağır dəmiryol qəzası: Soydaşlarımızdan ölənlər var
11 Noyabr 2016 Ərk Qalası dağıdılır
08 Noyabr 2016 Abbas Lisani yenidən həbs edildi
06 Noyabr 2016 Farslar İran parlamentində Türk Fraksiyasını həzm etmədilər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.