Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rufett.jpgDünən çox dəyər verdiyim Güneyli ziyalımız böyük üzüntü içində mənə bir video ( linki rəydə) göndərdi . Videoda Çikaqoda şizofreniya sindromu yaşayan məlum şəxsin Güney Azərbaycanın tanınmış ziyalıları və bəndəniz haqqındakı səfsətələri öz əksini tapıb. 2014-cü ildən etibarən bu ruh xəstəsi milli olduğunu iddia etdiyi , lakin həqiqətdə öz şəxsi ruporuna çevirdiyi televiziya kanalından saatlarla zaman ayıraraq haqqımda cəfəngiyyatlar yaymaqla məşğuldur. Halbuki indi səsləndirdiyi iddialarına vaxtında - 2013-cü ilin iyulunda həmin telekanala özümlə , həyat yolumla bağlı 2 saatdan artıq verdiyim müsahibədə aydınlıq gətirmişdim. Amma bu əcaib zat bir il sonra həmin müsahibəni öz səhifəsindən , eləcə də Youtube kanalından siləcək qədər riyakar və saxtakar hərəkətdən belə çəkinmədi. Bəs bu avantüra virusuna yoluxmuş şəxsin hədəfi nədir əcəba? Görünən budur ki, yeganə günahımız adamın monopoliyada saxlamaq istədiyi bir prosesə yeni nəfəs verməyə çalışmağımız olmuşdur (sən demə prosesdə aktivlik və kütləvilik olanda adamın bu yolla formalaşdırdığı biznesi də iflasa uğrayacaqmış). Halbuki istər Güneydə olarkən, istərsə də Quzeydəki ictimai-siyasi fəaliyyətlərimdə , hətta bəzi soydaşlarımın etirazlarına tuş gəlsəm də belə hər zaman mövcud olan yeganə telekanalımızın müdafiəçisi olmuşdum. 2014-cü ilin aprelindən isə bu özəl kanalın şəxsiyyətlərin media terroru siyahısına əlavə olunarkən zamanımda mənə etiraz edənlərin dəlillərində haqlı olduqlarına özüm də əyani şahid oldum. İlahi, dünən əlimi sıxıb fəaliyyətimə görə razılıq ifadə edən həmin adam indi telekanaldan necə yalan, necə iftira uydururdu...

Ardını oxu...

urmugolucan.jpg
Urmu gölü hövzəsində suyun miqdarı ötən illərlə müqayisədə 22, keçən illə müqayisədə 32 faiz azalıb. Urmu gölü ətrafındakı durum gölün gərgin vəziyyətdə olduğuna işarədir.

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.