Xəbər lenti

eeeeeerreerer.jpg
“Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin sədri, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin orqanı Hüquq və Polis ictimai jurnalının hüquqşünası Hüseynov Akif İsa oğlu BCQMİ-nin Gəncə şəhər şöbəsinin rəisi Rasim Qurbanovun özbaşınalıqları ilə bağlı dövlət başçısı İlham Əliyevə və dövlətin səlahiyyətli şəxslərinə müracət edib. 

Sozcu.az həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Seyfulla
Əzimova

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi cənab Faiq Şabanova

Şikayət ərizəsi

Cənab Prezident!

“Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin sədri, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin orqanı Hüquq və Polis ictimai jurnalının hüquqşünası Hüseynov Akif İsa oğlu, yəni mən 25 mart 2014 tarixində Gəncə şəhərində BCQMİ-nin Gəncə şəhər şöbəsinin rəisi Rasim Qurbanovun mənə qarşı etdiyi təhqirdən və nalayiq sözlərə görə Sizə tədbir görülməsi üçün müraciət etmişdim. (həmin müraciəti əlavə edirəm) Həmin müraciətdə mən bildirirəm ki, Rasim Qurbanov deyir ki, Poladov Famil Abbas oğlunun evindən, avtomobilindən silah və narkotik çıxacaq. Sonra Rasim Qurbanov mənə zəng etdi dolayısı ilə məndən pul istəyirdi Famili onun yanına göndərməyimi istəyirdi. Hətta Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun adından da istifadə edir. Həmin telefon danışığının səs yazısı məndə var.

Sizin göstərişinizlə məsələ şəxsən DİN Naziri cənab Ramil Usubovun şəxsi nəzarəti ilə araşdırıldı. DİN daxili təhqiqat şöbəsinin rəisi mərhum general Rasim Musayev məni qəbul etdi. İş obyektiv aparıldı və mənim kürəkənimin günahı olmadığı sübuta yetirildi.
Bundan sonra 2014-cü ildən Gəncə şəhərində baş verən bütün cinayətlərdə Rasim Qurbanov kürəkənim Poladov Famil Abbas oğlunun adını çəkdirir, lakin nə istintaqda, nə də məhkəmələrdə kürəkənim əleyhinə heç bir şey sübut olmur. Bununla Qurbanov kürəkənimin evində əməliyyat aparılması üçün Dovləti və DİN-i aldatmaq üçün zəmin hazırlayır. Nəhayət 01 dekabr 2017-ci il gecə saat 4-də heç bir məhkəmə qərarı olmadan qızımın və 4 azyaşlı hamısı oğlan uşaqların gözü qarşısında hamısı silahlı maskalılar evə basqın edirlər və Rasim Qurbanovun dediyi kimi evdən “silah və narkotik tapırlar”.

Qızım qorxudan xəstəlik tapıb. Kürəkənim hal hazırda həbs edilib.
Heydər Əliyev dediyi kimi bu məmurlar özlərini kiçik padşahlar hesab edirlər. Bu hərəkətləri ilə Gəncədə hökümətə qarşı vətəndaşlarda nifrət yaradırlar. Sanki bu məmurlar hakimiyyətə düşməndirlər. Mən, Gəncə və ətraf rayonlarda narkomaniyaya qarşı mübarizə layihəsi həyata keçirirəm, “kürəkənimin evindən isə narkotik tapırlar”. Mənim qızımın və dörd azyaşlı körpəsinin boynu bükük, gözü yaşlı qalmarına nə ana ürəyi dözər nə də ata.
Mən inanıram ki, bu haqqsızlığın qarşısının alınması üçün nə lazımdırsa göstəriş verib köməklik edəcəksiniz. Mən də bir hüquqşünas kimi cinayətkarların layiqli cəzalandırılmasının tərəfdarıyam ancaq haqqsızlıqlar dayandırılmalıdır. Gəncləri haqqsız olaraq pul üçün şərləyib həbs edirlər.

Mənim kürəkənim qanunsuz və haqqsız olaraq məhkum olunarsa, qızım dörd azyaşlı körpələrlə intihar etməkdən başqa yolu qalmır. Çünki aldığım müavinətlə bunları saxlamaq imkanım xaricindədir.Əgər bir tədbir görülməzsə mən Rasim Qurbanovun mənimlə telefon danışığını sosial şəbəkələrdə yaymaq məcburiyyətindəyəm.

Mən bir faktı da Sizin diqqətinizə çatdırım ki, məndə olan məlumata əsasən (2012-2013-cü illər) Rasim Qurbanovun qardaşı İlham Qurbanov dövlət əməkdaşına qarşı zor tətbiq etdiyi üçün Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilib. Görün bu ailə üzvləri dövlət işində işləyə-işləyə (bir qardaşı da Gəncə şəhər İcra Hakimiyyətində yüksək vəzifədədir) dövlət əməkdaşına qarşı zor tətbiq edərək dövlət və dövlətçiliyə də qarşı çıxırlar. Gəncə şəhərində Rasim Qurbanovun obyektlərinin sayı-hesabı yoxdur. Yəqin bu obyektlər şərlənib həbs olunan insanlardan yığılan pulların hesabınadır.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, bu məsələni öz nəzarətinizə götürəsiniz və kürəkənimi şərləyərək tutduran Gəncə şəhər Baş Polis İdarəsinin şöbə rəisi Rasim Qurbanov barəsində ciddi tədbir görülməsi üçün göstəriş verəsiniz.

İmza: Akif Hüseynov.

Bölmənin digər xəbərləri

10 Fevral 2018 "Seçkidə iştirak etmək lazım idi, boykot nə verəcək? Bir-iki qotur bəyanat" - ƏHMƏD ORUC
30 Yanvar 2018 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
28 Yanvar 2018 Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi elan edildi
28 Yanvar 2018 Türk ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb –Açıqlama
27 Yanvar 2018 TSK-nın Afrin hesabatı: 394 terrorçu, 340 hədəf...
25 Yanvar 2018 Türkiyə HHQ Suriyanın Mənbic şəhərinə zərbələr endirdi- İlk dəfə
14 Yanvar 2018 Tanınmış siyasətçilər Xamneyiyə "dəstək aksiyası"na münasibət bildirdilər
08 Yanvar 2018 "Azərbaycan gəncliyinin gələcəyi sual altındadır" - Gənclər problemlərdən danışdılar
01 Yanvar 2018 Gənclərin Bütöv Azərbaycan arzusu: “Vahid təşkilata ehtiyac var”
28 Dekabr 2017 İşdən çıxarılan ermənipərəst müəllimlə bağlı - Rəsmi açıqlama
26 Dekabr 2017 “ İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”
18 Dekabr 2017 220 saylı məktəbdə erməni təbliğatı aparan müəllim kimdir? - FOTOLAR
17 Dekabr 2017 BAO Məhəmməd Əmin Rəsulzadənin məzarını təmir etdi - VİDEO
15 Dekabr 2017 Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
04 Dekabr 2017 Bütöv Azərbaycan Birliyinin dirçəldilməsi təklif edildi - ZİYALILAR DƏSTƏK VERİR
18 Noyabr 2017 "5 rayon qarşılığında Dağlıq Qarabağ...?"-TƏHLİL
11 Noyabr 2017 Göyçayın icra başçısı jurnalisti həbs etdirmək istəyir
08 Noyabr 2017 İran terrorçulara raket satır: İDDİA
28 Oktyabr 2017 Elşən Əlisoy: “Əgər jurnalist yazdığı yazıya görə həbsxanaya salınırsa, hansı azadlıqdan danışmaq olar?”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.