Xəbər lenti

akiftagi.jpg
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı növbədənkənar prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu gün bu məqsədlə Təşəbbüs qrupunun toplantısı keçirilib. Təşəbbüs qrupunun üzvləri Akif Nağının prezidentliyə namizədliyini geniş müzakirə edib, fikirlərini bildiriblər. Akif Nağı məsələ ilə bağlı mətbuat üçün açıqlamasında bildirib: “Mən hesab edirəm ki, istənilən seçkilərin diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, torpaqlarımızın işğaldan tezliklə azad olunması məsələsi dayanmalıdır. Cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ATƏT Minsk qrupu və ya digər qurumların vasitəçiliyi ilə həllinə heç bir inam qalmayıbdır. Torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyi fikri artıq geniş sosial sifarişə və tələbə çevrilmişdir.

Mən seçkilərdə bu sosial tələbin və sifarişin təmsilçisi kimi çıxış etmək istəyir və bildirirəm ki, prezident seçilərəmsə, seçkilərdən sonrakı 1-2 ay ərzində, Ordunun hazırlığı, cəmiyyətin əhval-ruhiyyəsinə ciddi baxış keçirdikdən, xarici müttəfiqlərimizi konkret müəyyənləşdirdikdən, digər hazırlıq işlərini həyata keçirdikdən sonra işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlayacağam. Ermənistanın arxasında kimlərin dayanacağının, onu müdafiə edəcəyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, ölüm-dirim müharibəsi olacaq, nəyin bahasına olursa-olsun qələbəni əldə edəcəyik. Ermənistanı da, onun arxasında dayananları da Azərbaycana qarşı törətdikləri işğala, təcavüzə, bütün cinayətlərə görə peşman edəcəyik. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim hədəfimiz prezident kürsüsü deyil, Qarabağda azadlıq müharibəsini başlamaq, torpaqlarımızı işğaldan azad etməkdir. Rəhbərlik etdiyim Qarabağ Azadlıq Təşkilatı siyasi qurum deyil, prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də mən namizədliyimi fərdi qaydada irəli sürmək istəyirəm. Bununla yanaşı QAT-ın ali orqanlarının razılığı olmadan mən bu təşəbbüsü edə bilmərəm. Ona görə də artıq Təşkilatın İdarə Heyətində, Təşəbbüs qrupunda ilkin müzakirələr keçirilib. Son qərarı isə QAT Ali Məclisi verəcək. Bu məqsədlə fevralın 17-nə Ali Məclisin xüsusi iclasını çağırmışıq. Ali Məclisin mövqeyinə uyğun hərəkət edəcək, son qərarımı verəcəyəm”.

Bölmənin digər xəbərləri

18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
31 Yanvar 2018 KXCP Rəsulzadənin doğum gününü Novxanıda qeyd etdi -FOTO
27 Yanvar 2018 DTX ŞOK əməliyyat keçirdi - DSX və XİN-in əməkdaşları tutuldu
27 Yanvar 2018 Bakıda partlayış: ağır yaralı var - Foto
25 Yanvar 2018 Şeyx Türkiyəyə gedir
25 Yanvar 2018 Dənizdə itkin düşən azərbaycanlıların adları bilindi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.