Xəbər lenti

alikramhhh.jpg
Rüfət Muradlı

Azərbaycanın varlığını daim hədəf alan məlum "Azariha" saytında oxudum ki, Rəsul Quliyev Azərbaycandakı talış və ləzgilərə də muxtariyyət verilməsinə təkid edib. Eks spiker iddia edib ki, "Azərbaycanda etnik azlıqlar yalnız talış və ləzgilərdir ki, gərək onlara da muxtariyyət verilsin".Sayt bu məlumatı guya Obyektiv. tv-yə istinadla yazıb. Rəsul Quliyevin bu avantürası açığı mənə 1993-cü il hadisələrini, Qondarma Talış Muğan Respublikası və "Sadval"çıların separatçı hərəkətlərini xatırladır. Hansı ki, o zaman adamın özü Baş nazirin müavini idi və olayları yaxşı xatırlayır. Görünür yaşının ahıl vaxtında enerjisinin tükənməsi ilə Rəsul müəllimdə sayıqlamalar artıb. Amma Azərbaycan milləti 1993-cü ildə onun öz hökumətinə xəyanətini, 1997-ci ildəki rüsvayçılığını, 2005-ci ildə isə öz tərəfdarlarına yaşatdığı ümidsizliyi unutmayıb və artıq bu toplum, bu millət elə birisini nəinki istəmir, onun açıqlamalarına ciddi yanaşmır. "Karvan keçər" misalı kimi... Mənim cavabım isə məhz həmin müsahibəni tirajlayan saytlara ünvanlanıb.

Rəsul Quliyev həmin müsahibədə bir az da irəli gedərək Güney Azərbaycanda milli haqları üçün mübarizə aparan soydaşlarımızın düşüncəsinə qarşı hörmətsiz davranaraq "Güney Azərbaycanlılar gözləyirlər ki, Azərbaycan Respublikası nə vaxt İrana birləşəcək" deyə sərsəmləyir. Güney Azərbaycanda öz haqları uğrunda mübarizəni idiotizm adlandıran bu zat İran reallığında hər hansı assimilyasiyanın olmadığını belə iddia edir. Məncə Ana dili ilə təhsil haqqı tanınmayan, amma buna baxmayaraq öz varlığını qoruyub saxlamağı bacaran bir topluma qarşı bu ifadəni işlətmək az yumşaq mənada vicdansızlıq və dönüklükdür. Pəhləvilər dönəmindən başlayaraq, İslam Respublikası dönəmində də bitməyən anti türk assimilyasiya siyasətinin olmamasını iddia etməyin özü sözün bütün anlamıyla idiotizmdir.

Rəsul Quliyev son zamanlar ağlına gələnləri düşünmədən "püskürdərək" gündəmə gəlməklə məşğuldur. Amma bu dəfə fərdləri yox, milləti hədəf almaqla yaşadığı "alzaymer sindromunun" nə qədər dərinə işlədiyini ortaya qoydu. Çünki sağlam olsaydı, bu sərsəmləmələri ilə kimlərin dəyirmanına su tökdüyünü yaxşı anlayardı. Bu müsahibəni tirajlayan "Azariha" saytının əsas hədəfiinin Azərbaycanın ərazi bütövlüyü və milli varlığına qarşı olduğunu gözəl bilirik. Eləcə də paniranistlərin yuva saldığı "Aparat" proqramının tez tələsik bu yanaşmanı tirajlaması Rəsul Quliyevin bu müsahibə ilə vətəninə növbəti xəyanətinin sonucudur. Ya da düşünülmüş xəyanət yox, elə qocalıqdan yaranan yaddaşsızlıq sindromu..Ona görə güneyli dostlarıma da üz tutub bildirmək istəyirəm ki, Rəsul Quliyevin sayıqlamalarını ahıllığından doğan zehin xəstəliyinə -alzaymerə görə önəmsəməyin. Quzeydəki soydaşlarınız onu çoxdan tarixin "zibiliyinə" gömmüşlər.

Bölmənin digər xəbərləri

18 Fevral 2018 ABŞ-ın iki eskadra mina gəmisi Qara dənizə daxil olub
18 Fevral 2018 Sarkisyan Azərbaycan dilində danışdı
18 Fevral 2018 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – SİYAHI
17 Fevral 2018 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi
14 Fevral 2018 Prezidentliyə iddialıların sayı artır - 11 namizəd
10 Fevral 2018 Qazax rayonunda xanım Jurnalist aclıq aksiyasına başladı
10 Fevral 2018 Pensiyalar nə qədər artıb?
06 Fevral 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR
05 Fevral 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək
05 Fevral 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi
05 Fevral 2018 Terrorçu əsirdən şok etiraf: Qərbdən gələn hərbçilər...
05 Fevral 2018 Ərdoğan Roma Papası ilə görüşdü –59 ildən sonra Türkiyə rəhbəri yenidən Vatikana səfər edib FOTO
05 Fevral 2018 Növbədənkənar seçkilər necə elan edilə bilər? –QANUN
05 Fevral 2018 MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftə ərzində qərar verəcək
05 Fevral 2018 Növbədənkənar seçki hansı ehtiyacdan irəli gəldi?
04 Fevral 2018 ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb – Şok
31 Yanvar 2018 Prezident general-polkovniklə bağlı sərəncam verdi
31 Yanvar 2018 Deputat Rövşən Rzayev Sarqisyanın qarşısında baş əyib?– FOTO
30 Yanvar 2018 Azərbaycan ordusunun gücü... - General
30 Yanvar 2018 Hüquq müdafiəçisinə verilən mükafatı Azərbaycanda sındırıblar -FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.