Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_adrr.jpg
Azərbaycan Demokratiya və Rifah Hərakatının Növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Sozcu.az həmin bəyanatı təqdim edir: 

ADR Hərəkatı səbəbləri açıqlanmadan və zərurəti izah edilmədən qəfil və tələsik verilmiş “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamı Azərbaycanda demokratiyaya növbəti qəsd, ictimai-siyasi qüvvələrə, seçicilərə və bütövlükdə xalqımıza qarşı hörmətsizlik kimi dəyərləndirir. Seçki sistemində islahat aparılmadan, seçki qanunvericiliyi təkmilləşdirilmədən növbədənkənar seçkilərlə bağlı bu sərəncam hakimiyyətin sağlam rəqabət şəraitində mübarizə aparmağa, bərabər şərtlərlə yarışmağa, bir sözlə azad və ədalətli seçkilərin keçirilməsinə hazır olmadığını göstərir. ADR Hərəkatı hesab edir ki, siyasi dustaqların mövcudluğu, jurnalistlərin, bloqqerlərin və digər fəalların həbsdə saxlanıldığı, təqiblərin davam etdiyi, azad mətbuatın və vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, siyasi təşkilatların fəaliyyətinin məhdudlaşdırıldığı hazırkı zamanda prezident seçkisinin yerli və beynəlxalq səviyyədə müstəqil müşahidə və monitorinq misiyasının iştirakı olmadan tələsik təşkili, seçkidə əsas alternativlərin iştirak etməməsi onun legitimliyini şübhə altına alır.

ADR Hərəkatı hesab edir ki, hakim partiya tərəfindən hazırkı prezidentin 4-cü dəfə namizədliyinin irəli sürülməsi “Cümhuriyyət ili”ndə ölkədə demokratiyanın deyil, avtoritarizmin daha da güclənməsinə səbəb olacaq. Proseslərin bu cür inkişafı cəmiyyətimizdə mövcud olan siyasi qarşıdurmanın, sosial və iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb olacaq, ən böyük dərdimiz olan Qarabağ probleminin həllində beynalxalq ictimayətin əleyhimizə yönəlməsinə yol açacaq və dövlətimizin beynalxalq imicinə çox ciddi xələl gətirəcəkdir.

Odur ki, ADR Hərəkatı hakimiyyəti Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulmuş demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırır və bəyan edir ki, növbədənkənar prezident seçkisində demokratik mühit yaradılmadığına, namizədlər üçün azad fəaliyyəti və bərabər imkanları təmin edən qanunverici, tənzimləyici və müşahidəedici institutlar olmadığına, siyasi məhbuslar azad edilmədiyinə görə bu seçkidə iştirakı məqbul hesab etmir. Seçkilərin keçiriləcəyi təqdirdə onun nəticələrini tanımayacağını bildirir.
ADR Hərəkatı, eyni zamanda, bu münasibəti bölüşən demokratik qüvvələrlə əməkdaşlığa, birgə fəaliyyəti təmin etmək üçün müzakirəyə və bu istiqamətdə onlarla məsləhətləşmələrə hazır olduğunu bəyan edir.

10 fevral 2018-ci il

Bölmənin digər xəbərləri

18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
31 Yanvar 2018 KXCP Rəsulzadənin doğum gününü Novxanıda qeyd etdi -FOTO
27 Yanvar 2018 DTX ŞOK əməliyyat keçirdi - DSX və XİN-in əməkdaşları tutuldu
27 Yanvar 2018 Bakıda partlayış: ağır yaralı var - Foto
25 Yanvar 2018 Şeyx Türkiyəyə gedir
25 Yanvar 2018 Dənizdə itkin düşən azərbaycanlıların adları bilindi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.