Xəbər lenti

zelimxanmmme.jpgİctimai müzakirəyə təqdim edirəm.

Dəyərli soydaşlarım, qeyd edim ki, Borçalı Azərbaycandan kənarda türk ruhunu, əski türk - Dədə Qorqud dialektini, adət-ənələrini bu günə qədər qorumaqda olan tək coğrafiyadır. Bu baxımdan zəngin olan Dərbənd, Qərbi Azərbaycan kimi tarixi ərazilərimiz haqqında bunu söyləmək imkanlarımız təəssüf ki, əlimizdən alınmışdır.

Borçalı Cəmiyyəti Beynəlxalq hüququn, Gürcüstan və Azərbaycan ana yasalarının tələblərindən kənara çıxmadan yurddaşlarımızın yanında olmuş, daha çox mədəni-kütləvi tədbirlərlə soydaşlarımızın Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiyasına dəstək verməyə çalışmışdır. Qarşılıqlı olaraq yad hesab oluna bilən mədəniyyətlərin, dillərin, dinlərin, dövlətlərin arasında mənəvi körpü funksiyasını yerinə yetirməyi mənəvi borcu bilmişdir və bu gün də prinsiplərinə sadiqdir. Bütün anlamlarda xoşməramlı yolumuza əngəl olmaq istəyən qüvvələr də az olmamışdır. Bunu da təbii hesab edirik. Köhnə zərərli sterotipləri dağıdaraq yeni, daha sivil, qarşılıqlı etimada və ehtirama dayanan münasibətlər sistemi bərqərar etmək iddiamız görünür bəzi mərkəzlərin maraqlarına uyğun olmamışdır.

2018-ci il müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illiyidir. Gürcüstanda da bu şərəfli tarixin 100 illiyidir. Azərbaycanın istiqlalının elan olunduğu məkanın Gürcüstan, həm də Borçalı olması da bir tarixdir. Babalarımız eyni ammallar uğrunda bir səngərdə qərar tutmalı olub və eyni taleyi bölüşmüşlər. Borçalı Cəmiyyətinin sədri olaraq bəndəniz də babalarımızın qoyduğu aydın, işıqlı yolla getməyi doğru bilir. Qafqazlın yaraşığı olan Azərbaycan və Gürcüstanın bir səngərdə olmaqdan başqa yolunu görmürəm. Qafqazın xoşbəxt gələcəyi, hər iki dövlətin var olması, diri və iri olmaları yenə bu dövlətlərin və xalqın birliyindən, səmimi tərəfdaşlığından keçir. Borçalı Cəmiyyəti bunlardan başqa bir istək sahibi olubmu? Əsla yox. Zərərli zehniyyətin basqılarına baxmayaraq Azərbaycan-Gürcüstan-Türkiyə bayraqları başımızın üstündə dalğalanmaqda, müqəddəs bildiyimiz yolu heç kimdən təmənna ummadan getməkdəyik.

Belə olan halda Borçalı Cəmiyyətinə qarşı Gürcüstanda qorxu mənbəyi obrazının yaradılmasının kökündə nə durur? Zəlimxan Məmmədli hansı qəbahətin sahibidir ki, öz doğulduğu vətənə, yurda gedişinə ədalətsiz olaraq yasaq qoyulub? Hansı cinayətin sahibidir ki, onun haqqında şərəfsizcəsinə terrorist, separatçı obrazı yaratmaq istəyirlər?

Sözüm sizədir əziz eloğlularım, Gürcüstan rəsmiləri, Azərbaycan rəsmiləri, hüquq müdafiə təşkilatları, siyasi partiyalar, ictimai qurumlar və aydınlar! Açıq ictimai müzakirə açılmasını istəyirəm. Həqiqəti biz özümüz üzə çıxartmalıyıq. Cumhuriyyətin 100 illiyi bizdən səfərbərlik tələb edir. Allah sizi, millətimizi, ədaləti var eləsin.

Hörmətlə,
"Borçalı Cəmiyyəti" İB-nin sədri Zəlimxan Məmmədli

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Gəncə Lokomotiv Deposunda işləmək üçün evlənmək lazımdır?
22 Fevral 2018 Evinə girən oğrunu tutduğu üçün ev sahibinə cinayət işi açdılar - İmişlidə ŞOK hadisə
20 Fevral 2018 Erməniləri susduran jurnalistin evi əlindən alınır - Foto
19 Fevral 2018 Şəhid ailəsi kredit borcuna görə prezidentdən kömək istəyir - MÜRACİƏT
19 Fevral 2018 “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY
18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.