Xəbər lenti

tofiqzulfuqarov.jpg
"Ermənistanın mövqeyi dəyişmədikcə, tərəflərin və həmsədrlərin görüşlərində yeniliyin olması çətindir”.

 Bunu "Sherg.az”a ötən gün Krakovda baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların nəticələrini şərh edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

O diqqətə çatdırıb ki, erməni tərəfinin bəyanatları onların mövqeyinin daha da sərtləşdiyini göstərir:

"Bu cür mövqe davam etdiyi müddətdə kompromisin əldə olunması mümkün deyil. Görüşdən sonra tərəflərin və həmsədrlərin bəyanatlarında da yenilik müşahidə edilmir. Münaqişənin həlli üçün yeni təkliflər olması müşküldür. Bütün variantlar, bunlara Azərbaycan və Ermənistanın münasibəti bəllidir. Ermənistan rəhbərliyinin radikal bəyanatlarını da üzərinə əlavə etdikdə optimizm üçün heç bir əsas olmadığını görəcəyik”.

Minsk qrupunun fəaliyyətinə gəlincə,T.Zülfüqarov xatırladıb ki, ötən il də danışıqlar aparıldı, amma heç bir nəticə əldə edilmədi: "İşğalçıya təzyiq edilməsə, onun mövqeyi dəyişməyəcək. Bu təzyiqi görmürük. Əksinə bəzi məqamlarda, xüsusilə Rusiya tərəfindən dəstək addımları atılır. Belə çıxır ki, bu işğalçılıq siyasətinə dolayı dəstəkdir. Dəstəyi hiss edən Ermənistan mövqeyini daha da sərtləşdirir”.

Qeyd edək ki, Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə müsbət açıqlamalar səsləndirib. Nazir bildirib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.