Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_bao.jpgBütöv Azərbaycan Ocaqları nümayəndə heyətinin Türkiyə səfəri çərçivəsində BAO-İstanbul Yerli Ocağının təşkilatçılığı ilə 16.12.2017-ci il tarixində keçirtdiyi "21 Azər" gününə həsr olunmuş Tədbirin sonunda BAO BMT-nin Baş Katibinə, YUNESKO-nun Baş Direktoruna və Türkiyə Prezidentinə müraciəti ünvanlanıb.

Müraciətin mətni:

Dəyərli Cənablar!

1828-ci ildə baş verən Rus İmperiyası və Qacar dövləti arasındakı müharibə zamanı Azərbaycan əraziləri parçalanaraq, tarixin amansız sınağına çəkildi. O zamandan başlayaraq tarixi ərazilərini itirə-itirə gedən Azərbaycan vahid ərazidə birləşmək amalı uğrunda mücadilənin meydanına çevrildi. 1945-ci ildə Azərbaycanın Güneyində baş verən 21 Azər hərəkatı da bunun tərkib hissəsiydi. Amma bu hərəkat Fars şovinizmi tərəfindən qan dəryasında boğuldu.

Beləliklə, 1924-cü ildə güclü havadarların dəstəyi ilə iqtidarı ələ keçirmiş Fars şovinizmi artıq yüz ilə yaxındır ki, çağdaş İranda yaşayan qeyri-Fars xalqlara, özəlliklə də Azərbaycanın Güneyindəki türklərə qarşı zorakı assimilyasiya siyasəti tətbiq etməkdədir. İstər diktator Pəhləvi rejimi dövründə, istərsə də indiki klerikal İran İslam Cümhuriyyəti dönəmində yürüdülən bu zorakı assimilyasiya siyasətinin ən böyük qurbanı bu gün sayı 35 milyona çatan Azərbaycanın Güneyindəki türklərdir.

İran İslam Cümhuriyyəti insan haqları anlayışını sözdə qəbul etsə də, əməldə onu saymamaqda, eynilə Pəhləvi rejimi kimi, Azərbaycanın Güneyindəki türklərin ən sadə insan və toplum haqlarını tapdalamaqdadır. Belə ki, 1924-ci ildən indiyədək Azərbaycanın Güney türklərinin etno-milli adı dəyişdirilmiş, öz uşaqlarına öz dillərində ad qoymaları hər vasitə ilə əngəllənmiş, etnik kökənləri danılmış, dilləri yasaqlanaraq nəinki orta və ali məktəblərə, hətta ibtidai məktəbə belə yaxın buraxılmamış, çap və kütləvi informasiya vasitələrindən uzaq tutulmuş, musiqisi hər vasitə ilə sıxışdırılmış, tarixi saxtalaşdırılmış, ədəbiyyatı kiçimsənmiş, milli varlığı istehza hədəfinə çevrilmiş, bir sözlə, Azərbaycan türklərinə qarşı açıq-aydın soyqırım siyasəti yürüdülmüşdür. Hələ də davam edən bu soyqırım siyasətinin zirvə nöqtəsi 1946-cı ildə ana dili dərslikləri başda olmaqla Azərbaycan türkcəsindəki kitabların, əlyazmaların, qəzet və dərgilərin toplanıb yandırıldığı, ana dilində dərs deyən öyrətmənlərin öldürüldüyü, öz ana dilində yenicə oxumağa başlayan neçə-neçə şagirdin qətlə yetirildiyi 26 Azər/17 Dekabr günü oldu. Bununla da 26 Azər/17 Dekabr günü Azərbaycan türklərinə qarşı yürüdülən çoxillik soyqırım siyasətinin simvoluna çevrildi.

Bu gün biz Azərbaycan türkləri olaraq parçalanmış xalqlar sırasına daxilik. Bu gün Azərbaycanın Güneyi xüsusi ilə ağır durumdadır. Orada yaşayan Azərbaycan türkləri adi insanı münasibətlərdən belə məhrum olunmuşdur.

Azərbaycanın Güneyində insan haqları uğrunda baş verən 21 Azər hərəkatından artıq yetmiş iki il keçir və çox təəssüflər ki, demokratik bəşəriyyət Fars şovinizminin Azərbaycan türklərinə qarşı törətdiyi bu insanlıqdan kənar vəhşiliyi hələ də məhkum etməmiş, ona siyasi-hüquqi qiymət verməmişdir. Bütöv Azərbaycan Ocaqları (BAO) hesab edir ki, Fars şovinizminin yürütdüyü və yürütməkdə olduğu bu soyqırım siyasəti, onun simvoluna çevrilmiş 26 Azər/17 Dekabr günü təkcə Azərbaycan Türklərinə qarşı yox, həm də bəşəriyyətə, çoxmədəniyyətli dünya sivilizasiyasına qarşı olan bir cinayətdir. Bütöv Azərbaycan Ocaqları (BAO) Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəsinə çağırır və Azərbaycan türklərinin rəsmi olaraq parçalanmış millətlər sırasına daxil edilməsini xahiş edir.

Sayğılarımızla: Bütöv Azərbaycan Ocaqları – BAO

 

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Gürcüstan niyə belə davranır?
21 Yanvar 2018 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib
20 Yanvar 2018 Ağsu rayon gəncləri Şəhidlər Xiyabanını ziyarət etdilər -FOTOLAR
19 Yanvar 2018 Vəkilliyə qəbul üzrə keçiriləcək yazılı test imtahanının qaydaları açıqlanıb –Qaydalar
18 Yanvar 2018 İsa Qəmbər xəstəxanadan çıxdı
18 Yanvar 2018 "Xraxoba və Üryanoba kəndlərinin əhalisinin köçürülməsi xəbəri həqiqəti əks etdirmir"
18 Yanvar 2018 İlham Rəhimovun bazarı yandı - Video
16 Yanvar 2018 İlham Əliyev İsa Qəmbərlə bağlı göstəriş verdi - Səhhəti ilə bağlı məsələni nəzarətə götürülüb
15 Yanvar 2018 Dilavər Əzimli: "Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı..."
13 Yanvar 2018 Aİ-dən Qarabağ açıqlaması: Ciddi narahatlıq...
12 Yanvar 2018 Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
11 Yanvar 2018 Sedat Peker "Lotu Quli"dən üzr istəyib?
10 Yanvar 2018 Arif Hacılı Robert Sekuta ilə görüşüb
10 Yanvar 2018 İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etdi
05 Yanvar 2018 Tbilisi məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb
05 Yanvar 2018 Ərdoğan ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlərin qüvvəsini itirdiyini bəyan edib
04 Yanvar 2018 İcra hakimiyyətinin işçisi 2 nəfərin qanını batırıb? -VİDEO
01 Yanvar 2018 İranda baş verən aksiyalarda ölənlərin sayı artır
29 Dekabr 2017 İYİ Partiyanın Gəncik Qollarının başqanı məlum oldu -FOTOLAR
27 Dekabr 2017 Allahşükür Paşazadənin qızı klinika açıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.