Xəbər lenti

bayraqetiraz.jpg
Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağına olan hörmətsizliyinin hesabını ağır ödədi.

 Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib. Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bir neçə gün əvvəl Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub.

Professor sözlərinə görə, o bu addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən çıxarıldığını düşünərək, atdığını deyib. Pay hətta şərt də qoyub: Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq.

Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və tələbələrin kəskin etirazına yol açıb. Eyni zamanda, Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu rəzil hərəkətini sərt narazılıqla qarşılamışdı.

Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib. (Yenicag.az)
Sozcu.az

Bölmənin digər xəbərləri

23 Yanvar 2018 PYD-nin xainliyinə cavab: "Bordo bereli”lər döyüşə girir
23 Yanvar 2018 Türkiyənin Afrin təcrübəsindən Azərbaycan Qarabağda istifadə edə bilərmi? - ŞƏRH
23 Yanvar 2018 Türk aviasiyası təhlükənin qarşısını aldı – Əməliyyat
21 Yanvar 2018 Gürcüstan niyə belə davranır?
21 Yanvar 2018 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib
20 Yanvar 2018 Ağsu rayon gəncləri Şəhidlər Xiyabanını ziyarət etdilər -FOTOLAR
19 Yanvar 2018 Vəkilliyə qəbul üzrə keçiriləcək yazılı test imtahanının qaydaları açıqlanıb –Qaydalar
18 Yanvar 2018 İsa Qəmbər xəstəxanadan çıxdı
18 Yanvar 2018 "Xraxoba və Üryanoba kəndlərinin əhalisinin köçürülməsi xəbəri həqiqəti əks etdirmir"
18 Yanvar 2018 İlham Rəhimovun bazarı yandı - Video
16 Yanvar 2018 İlham Əliyev İsa Qəmbərlə bağlı göstəriş verdi - Səhhəti ilə bağlı məsələni nəzarətə götürülüb
15 Yanvar 2018 Dilavər Əzimli: "Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı..."
13 Yanvar 2018 Aİ-dən Qarabağ açıqlaması: Ciddi narahatlıq...
12 Yanvar 2018 Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
11 Yanvar 2018 Sedat Peker "Lotu Quli"dən üzr istəyib?
10 Yanvar 2018 Arif Hacılı Robert Sekuta ilə görüşüb
10 Yanvar 2018 İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etdi
05 Yanvar 2018 Tbilisi məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb
05 Yanvar 2018 Ərdoğan ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlərin qüvvəsini itirdiyini bəyan edib
04 Yanvar 2018 İcra hakimiyyətinin işçisi 2 nəfərin qanını batırıb? -VİDEO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.