Xəbər lenti

ilqar.jpg
Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) REAL hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Nazirlər Komitəsi bu proseduru İlqar Məmmədovun işi ilə bağlı bundan əvvəl 2010-ci ildə işə salmışdı. O vaxt, Azərbaycan Avropa məhkəməsinin qərarını yerinə yetirməyəndə, Nazirlər Komitəsi AİHM-ə rəsmən müraciət edərək Azərbaycanın məhkəmə qərarını yerinə yetrimək öhdəliyini pozub-pozmadığının araşdırılmasını istəmişdi.

2014-cü ilin mayında AİHM qərara gəlmişdi ki, Azərbaycan tərəfi İlqar Məmmədova qarşı cinayət işinin qaldırılması, onun həbsi və məhkəməyə qədər saxlanmasının əsaslandırılması üçün heç bir dəlil təqdim edə bilməyib.

AİHM-in həmin qərarında deyilirdi ki, Məmmədova qarşı sözü gedən tədbirlərin görülməsinin yeganə məqsədi onun susdurulması və ya hökuməti tənqid etdiyinə görə cəzalandırılması olub.

AİHM-in hökmündə bu da qeyd olunurdu ki, Azərbaycan tərəfi Avropa İnsan Haqları Konvensiyasının 5, 6 və 18-ci maddələrini pozub.

2017-ci ilin noyabrınadək AİHM-in Azərbaycan barədə hökmlərində Konvensiyanın 18-ci maddəsinin pozulması hallarına yalnız beş işdə rast gəlindiyi bildirilirdi. AİHM bildirirdi ki, sözü gedən işlər üzrə İlqar Məmmədov istisna edilməklə bütün qalan məhbuslar azad olunub.

Azərbaycan İnsan Haqları Konvensiyasını pozur

Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü ilin dekabrından indiyədək AİHM-in İlqar Məmmədov barədə 2014-cü ilin mayında verdiyi hökmlə bağlı çoxsaylı qərarlar və keçid qətnamələri qəbul edib.

Bu qərar və qətnamələrdə İlqar Məmmədova qarşı cinayət araşdırması zamanı Azərbaycan tərəfindən yol verilmiş fundamental pozuntulardan söz açılırdı.

Bu sənədlərdə Nazirlər Komitəsi Azərbaycanı dəfələrlə İlqar Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırırdı.

Avropa Şurası Nazirlər Komitəsi xatırladır ki, AİHM-in bu iş üzrə son hökmündən üç il keçməsinə baxmayaraq məhbus pozulmuş cinayət araşdırması əsasında həbsxanada qalmaqda davam edir.

Avropa Şurası bildirir ki, üzv ölkələr İnsan Haqları Konvensiyasının 46 maddəsinə uyğun olaraq Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyə borcludur. Buna əməl olunması prosesinə Nazirlər Kabineti nəzarət edir.

2010-cu ildə qəbul edilmiş yeni prosedura görə Nazirlər Komitəsi AİHM-dən üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsinin – Konvensiyanın yenidən pozulması kimi qiymətləndirilməsi məsələsinə baxmasını rica edə bilər.

Avropa Şurasının məlumatında deyilir ki, 2017-ci ilin 25 oktyabrında Nazirlər Komitəsi İlqar Məmmədova dair hökmün icrası ilə bağlı Azərbaycanın öz öhdəliyinə əməl etməməsi məsələsini baxılmaq üçün AİHM-ə göndərib.

Bundan əvvəl Nazirlər Komitəsi bu məsələ barədə Azərbaycanın öz mövqeyini bildirməsini istəmişdi.

Azərbaycan tərəfinin izahı Nazirlər Komitəsinin dekabrın 5-də qəbul edilmiş keçid qətnaməsinə əlavə olunub.

Bölmənin digər xəbərləri

11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
13 Sentyabr 2017 İraq parlamenti kürd müstəqillik referendumunu rədd edir
10 Sentyabr 2017 "Biz Rusiyadan qeyri-qanuni heç bir şey tələb etmirik" - QABİL HÜSEYNLİ
08 Sentyabr 2017 İlham Əliyev Myanmaya yardım etməklə bağlı göstəriş verdi
04 Sentyabr 2017 Türkiyə hücumu: Myanma böhran masası yaratdı
04 Sentyabr 2017 Yardım təşkilatları Arakanı tərk edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.