Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_zerdabsak.jpg
Sozcu.az
saytına Zərdab rayon Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu tərəfindən şikayət məktubu daxil olub.

Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli Prezident !

Mən və ailə üzvülərim üzləşdiyimiz qanunsuzluğa, haqsızılığa və özbaşınalığa görə ailə üzvülərim həyat yoldaşım Əhədova Nuranə Salman qızı, oğlum Əhədov Ramil Abdulhəmid oğlu, nəvəm 6 yaşı Əhədzadə Uğur Ramil oğlu ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşlığından imtina edirik.

Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevin, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Şüküralı Həsənovun, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyevin, Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyatrovun, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəsi Müzəffər İxtiyarovun və Gödəkqubu kənd üzrə Su Assosasiyasının sədri Əli Paşayevin bizim ailəyə qarşı etdikləri qanunsuzluqlarına, özbaşınalıqlarına etiraz olaraq Azərbaycan Respublikasının vətəndaşlığından ailəlikcə imtina edirik.

Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyatrov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə əmlakını şəxsi malı kimi talan edir. Kənddə 3 yerdə təbii axmaz göllər var ki, təxminən ümumi olaraq 45 hektar ərazini əhatə etsədə sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilmişdir. Bu açıq -aşkar saxtakarlıq cinayətidir ki, Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov törədib.Kənd sakinləri təbii göldən istifadə edə bilmirlər.Hansı ki, həmin gölün icarə sənədləri saxtadır.Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir. İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur.Vəzifə səlahiyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəliyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər.Onların barələrində heç bir tədbirlər görülmür.

Bu göllər kənd sakinlərinə məxsus olmalıdır buna görə də göldən ancaq biz istifadə etməliyik.Qeyd edək ki, həmin təbi axmaz gölün birini saxta sənədlə 8 hektar qeyd edib Xətai Novruzovun atası Bayramın icarəsinə veriblər.Əslində isə həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir. Müqavilədə göstəriləndən çox ölçüdə olan gölü Bayram Novruzov zəbt etmişdir. Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edibdir. Mən dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişəm ki, kənd ərazisində olan göllər ünvan reyestr idarəsi tərəfindən ölçülsün. Çünki həmin 3 təbi göl qeyd etdiyimiz kimi təxminən 45 hektar ərazini əhatə edir ancaq sənəddə 22 hektar qeyd edilib.Adicə metrə ilə ölçəndə bunu aydın etmək olur.Biz Gödəkqobu kənd sakinləri dədə-babadan həmin təbii göldən istifadə edib balıq tutub ov edib ailəmizi dolandırmışıq.İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər.Bu cinayət əməlləri araşdırılmalı və cavabdeh vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidirlər.Həmçinin Gödəkqobu bələdiyyəsinin 2016-2017-ci illər üçün fəaliyyəti yoxlanılmalıdır.İndiyə qədər Gödəkqobu bələdiyyəsi heç bir hesabat-yığıncaq keçirməmişdir.

Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Şüküralı Həsənov bu korrupsionerlərin əməlləri barədə etdiyim şikayət ərizələrimi guya icra edirmiş kimi məni haqsız çıxarıb Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə onlara haqq qazandırıb yuxarılara yalan məlumat vermişdir. Bundan sonra yenə Lütvəli Babayevin sifarişi ilə Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və Gödəkqubu kənd üzrə Su Assosasiyasının sədri Əli Paşayev taxıl sahəmin suyunu qəsdən kəsib əkinimi məhv etdilər.

Zərdab Rayon İcra Hakimiyyəti başçıs Lütvəli Babayev bu korrupsioner məmurları himayə edir ona görə ki, onlar qazanclarının 80 %-ni ona verirlər.

Cənab Prezident, kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsada buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi yaramaz vəzifəli şəxslər var.Onlar öz yarıtmaz fəaliyətləri ilə, şəxsi maraqlarını ali tutub dövlət qanunlarını qəsdən pozduqları üçün dövlətə ziyanlar vurular.Ancaq buna baxmayaraq bizim dövlətimizə. Prezidentimizə böyük ümüdlərimiz var.

Hörmətli Prezident !

Xahiş edirəm bizim ailəlikcə Azərbaycan Respublikası vətəndaşlığından imtinamızı qəbul edib qanunu tədbirlər görəsiniz.

(050) 513-30-52

İmza; Əhədov Abdulhəmid Abduləhəd oğlu və ailə üzvülərim

Həyat yoldaşım Əhədova Nuranə Salman qızı
oğlum Əhədov Ramil Abdulhəmid oğlu
nəvəm 6 yaşı Əhədzadə Uğur Ramil oğlu

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 Daha 39 qanun dəyişəcək –Parlamentə vergi ilə bağlı yeni layihə də təqdim olundu
13 Dekabr 2017 Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir- Yeni qərar hazırlanır
13 Dekabr 2017 Putin Ərdoğanla S-400 müqaviləsini imzalmaqdan son anda imtina etdi
12 Dekabr 2017 Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
11 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin məktubları ilk dəfə nəşr olunub
11 Dekabr 2017 Putin ordunu Suriyadan çıxarır – Əmr
11 Dekabr 2017 NATO-dan hesabat:“Rusiya Bakı və İrəvana bilərəkdən ziddiyyətli siyasi mesajlar göndərir"
09 Dekabr 2017 Nazirlikdən “Mavi balina” xəbərdarlığı - Toplantı
07 Dekabr 2017 İlham Əliyev yeni yolun təməlini qoydu
06 Dekabr 2017 Tramp “dərin dövlətlə” savaş açır: xüsusi qrup yaranır
06 Dekabr 2017 Tramp bu gün Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edəcək
05 Dekabr 2017 Rusiya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
05 Dekabr 2017 Mikayıl Cabbarov vergilər naziri təyin edildi
04 Dekabr 2017 Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələdi
04 Dekabr 2017 80 YAŞLI SABİQ KƏŞFİYYATÇI TÜRKİYƏDƏKİ ÇEVRİLİŞİN BEYİN MƏRKƏZİ ROLUNDA
04 Dekabr 2017 Rusiya Xəzərdə antiterror təlimləri keçirdi –Hərbi donanmanı dənizə çıxardı
02 Dekabr 2017 İlham Əliyev sərəncam imzaladı
02 Dekabr 2017 Pensiyalar bu tarixdə artırılacaq - Rəsmi
02 Dekabr 2017 Israil Iranı vurdu-Müharibə?
30 Noyabr 2017 MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.