Xəbər lenti

zelimxanmmme.jpgZəlimxan Məmmədli: "Siyasi partiyalar zərərli hakimiyyət buxovlarından qurtulmalıdır".

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisi 2018-ci ildə partiyanın qurultayının keçirilməsi ilə bağlı qərar verib. KXCP sədri Mirmahmud Mirəlioğlunun keçən qurultayda daha partiya sədrliyinə namizəd olmayacağını açıqlaması KXCP-nin gələcək sədrinin kimin olacağı müzakirə mövzularından birinə çevrilib. Əldə etdiyimiz məlumata görə, KXCP-nin 2018-ci ildə keçiriləcək qurultayında sədrliyə əsas namizədlərdən biri kimi KXCP Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədlinin də adı çəkilir. Hətta KXCP sədri Mirmahmud Mirəlioğlu ilə Zəlimxan Məmmədli arasında intensiv görüşlərin keçirildiyi də bildirilir.

Məsələ ilə bağlı Sozcu.az saytına münasibət bildirən Zəlimxan Məmmədli bildirdi ki, KXCP sədri ilə yaxın zamanlarda görüşmələri istisna deyil: "Qurultayın çağrılması Nizamnamə tələbidir və çox gümün ki, Prezident seçkilərində iştirak məsələsi də müzakirə oluna bilər. Ümumiyyətlə Azərbaycanın milli-siyasi düşərgəsi antimilli zehniyyətin mühasirəsindədir. Fundamental siyasət elminə uyğun siyasi partiya fəaliyyət göstərmir. Acı reallıqdır ki, M.Ə.Rəsulzadə Azərbaycanı bu qədər eybəcər hala salınıb. Bu vəziyyət dəyişməlidir. Siyasi partiyalar zərərli hakimiyyət buxovlarından qurtulmalıdır. Partiyalar yeniləşməlidir. Mən hal hazırda aktiv siyasi fəaliyyətlə məşğul deyiləm. Amma aktiv siyasi fəaliyyətə dönüşüm də istisna deyil. Bunun reallaşması,dönüşün forması da zamanla bağlıdır. Sədrin qalması və ya yeniləşməsinin uzlaşma, anlaşma, loyal varisliklər həyata keçirilməsi indiki zamanda çox vacib məsələdir. Mənim sədrliyə iddiam bu prinsiplərlə mümkün ola bilər. Alternativ bütün variantlar Azərbaycana da, partiyaya da fayda verməz. Mən KXCP-ni baza olaraq milli, Xalq hərakatının potensial enerji daşıyıcıları, fədakarları hesab edirəm. O potensial Azərbaycanın növbəti dönəmlərində də söz sahibi olmalıdır, İnşallah olacaq da. Hörmətli sədr Mirmahmud bəylə səmimi, sağlam münasibətlərimiz mövcuddur. Partiya içində fərqli fikir və yanaşmaların mənfi yükü şəxslər arası müstəviyə keçməməlidir. Odur ki, yaxın zamanda görüşümüz də istisna deyil. Güman ki, çox məsələlərdən danışmaq imkanlarımız olacaq."

Elşən Əlisoy


Bölmənin digər xəbərləri

19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.