Xəbər lenti

nemeteliyeb.jpg
Nemət Əliyev, iqtisadçı ekspert

Dövlət zəmanəti ilə cəlb olunan borclarla birlikdə dövlətin ümumi borcu 22 milyard dollara yüksəlib. Bu borc məbləği ölkəmizdə bir il ərzində istehsal olunan ÜDM-in 50 faizi qədər, Dövlət Neft Fondunda toplanmış ehtiyatların hazırkı səviyyəsinin 61 faizi qədərdir.

Azərbaycan kimi bir ölkə üçün borc məbləğinin bu səviyyəyə yüksəlməsi sözün həqiqi mənasında fəlakətdir. Vəziyyət düşündüyümüzdən də ağırmış. Belə bir vəziyyətdə Dövlət Neft Fondunun ehtiyatları ilə çox da öyünməyə dəyməz.

Hesablama Palatasının gələn ilin dövlət büdcəsinə yazdığı Rəydən belə məlum olub ki, cari ilin yeddinci ayının əvvəlinə olan vəziyyətə görə dövlət zəmanəti ilə alınaraq dövlət təşkilatlarına ötürülmüş xarici borc məbləği 5,1 milyard dollar, daxili borc məbləği isə 15,565 milyard manat təşkil edib. Birbaşa hökumət xətti ilə cəlb olunmuş xarici borc məbləğinin 7,173 milyard dollar, daxili borc məbləğinin isə 798 milyon manat olmasını da nəzərə almaq lazımdır. Beləliklə, dövlətin zaminliyi ilə alınan borcları da nəzərə alsaq, xarici borc məbləğinin 12,273 milyard dollar, daxili borc məbləğinin 16,363 milyard manat olması aydınlaşar. Əgər Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi (1 dollar = 1,7002 manat) ilə çevirib ümumiləşdirsək, dövlətin ümumi borc məbləği 21,897 milyard dollar və ya 37,229 milyard manat hesablanır. Bu borc məbləği illik ÜDM-in yarısı qədər vəsaitdir.

Belə məlum olur ki, ölkə analoqu olmayan şərtlərlə idarə olunub. Həm on milyardlarla neft pulları xərclənib, həm də dövlət 50% həddində borclandırılıb. Əsl fəlakətdir bu! Son zamanların acı təcrübəsi göstərir ki, dövlətin zaminliyi ilə alınmış borclar bir qayda olaraq dövlət büdcəsi hesabına qaytarılır. Elə bu üzdən də xaricdən və daxildən cəlb olunaraq “Azərenerji”, “Azərsu”, “Azərkosmos”, “Baku Bus” və sair kimi dövlət təşkilatlarına ötürülmüş kredit vəsaitlərinin əksər hissəsinin yenə də büdcə vəsaiti hesabına qaytarılacağı və bunun da həm dövlət büdcəsi üçün, həm də əhali üçün ağır yükə çevriləcəyi şübhə doğurmur. Digər tərəfdən isə dövlət təşkilatlarında maliyyə vəsaitlərinin səmərəli idarəçiliyi yox səviyyəsindədir və bu təşkilatların indiki zamanda karlı fəaliyyət göstərməsi heç inandırıcı deyil. Onu qeyd etmək kifayətdir ki, ötən maliyyə təsərrüfat ilini “Azərenerji” ASC 109 milyon manat zərərlə, “Azərsu” ASC 613 milyon manat zərərlə, “Metropoliten” QSC 78,7 milyon manat zərərlə başa vurub. Digər dövlət təşkilatlarında da oxşar vəziyyətdir. Bu səbəbdən maliyyə vəziyyəti kəskin ağırlaşmış dövlət təşkilatlarının bu dərəcədə böyümüş borc məbləğlərini öz hesablarına vaxtlı-vaxtında geri qaytara bilmələri inandırıcı deyil.

Belə qaydada çox davam etmək mümkün olmayacaq. Az müddətdə ölkənin maliyyə ehtiyatları sürətlə əriyə bilər. Təcili, təxirə salınmaz tədbirlər görülməli, köklü islahatlara başlanmalıdır.

Bölmənin digər xəbərləri

20 Yanvar 2018 Türkiyə Silahlı Qüvvələri:"Afrindəki 113 hədəfin 108-i vurulub"
20 Yanvar 2018 Türkiyə Baş Qərargahı:"Afrindəki terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb"
19 Yanvar 2018 Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti 2 nazirliyə verildi
18 Yanvar 2018 İlham Əliyev "Soyqırım" haqqında sərəncam imzaladı
17 Yanvar 2018 Müəllimlərin dərs yükü 1,5, aylıq maaşları 2 dəfə qalxdı –Prezident sərəncam verdi
17 Yanvar 2018 Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
16 Yanvar 2018 İranın "Sepəh" bankı Azərbaycan türk millətini təhqir edib
15 Yanvar 2018 "Əgər Tahir Kərimli kimi deputat Xamneyiyə "Xamneyi Ağa" deyirsə..." -ZƏKA SAHİB
14 Yanvar 2018 Bayraqdardan "irançı"lara tərs şillə:"İranı yerlə bir edəcəyik!"
12 Yanvar 2018 Fazil Məmmədov Mehriban Əliyevanın yaxın adamını vəzifədən çıxartdı
11 Yanvar 2018 Türkiyəni bu yolla pis vəziyyətə salmaq istəyirlər – “Yeni Şəfəq”
11 Yanvar 2018 Lənkəranda Müsavatçıya təzyiq: Mülkü əlindən alınır
10 Yanvar 2018 Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək- Nazirlər Kabineti
10 Yanvar 2018 Şahın oğlu İrana qayıtmağa hazırlaşır: "Vaxtı çatıb"
09 Yanvar 2018 Yeni infoqrafika: Bu ölkələrə vizasız gedə bilərik
09 Yanvar 2018 Vəzifədən çıxarılan 64 vergi məmurundan bəzilərinin adları açıqlandı –SİYAHI
08 Yanvar 2018 Petrosyanın "Qarabağı qaytaraq" tələbi gündəmdə - Güzəşt…
07 Yanvar 2018 Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”
07 Yanvar 2018 Əhmədinejad həbs edildi
06 Yanvar 2018 Bu sahibkarlar cərimələnəcək - 1000 manat
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.