Xəbər lenti

ulvihes.jpg
Bu gün, noyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə hərbi xidmətə aparılan gənc fəal Ülvi Həsənlinin işindən verilən şikayətə baxılıb.

Müdafiə tərəfi gəncin qanunsuz saxlandığını və onun həmin zaman insan ləyaqətini alçaldan rəftara, işgəncəyə məruz qaldığını bildirir.

Ancaq vəkil Elçin Sadıqov bildirir ki, şikayət təmin edilməyib. Vəkilin deməsinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinin qərarında verilmişdi.

Müdafiə tərəfi bu məhkəməyə müraciət edərək, gəncin qanunsuz saxlandığını və onun insan ləyaqətini alçaldan rəftara, işgəncəyə məruz qaldığını bildirmişdi. Noyabrın 3-də Bakı Hərbi Məhkəməsi şikayəti qəbul etməmişdi.

«Hərbi məhkəmə əvvəlcə Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərdiyini bildirsə də, sonradan onun iştirakını təmin etmədi. Ü.Həsənli isə yoldan yenidən hərbi hissəyə qaytarılıb», - vəkil E.Sadıqov deyir.

Vəkilin bildirməsinə görə, bu gün, noyabrın 13-də də Apellyasiya Məhkəməsində 8 vəsatət qaldırıb. Bu vəsatətlərdə Ü.Həsənlinin hərbi xidmətə aparılmasının qanuni olub-olmaması və ona qarşı kobudluğa yol verilib-verilməməsinin aydınlaşdırılması istənilib:

«Apellyasiya Məhkəməsi vəsatətlərin heç birini təmin etmədi və Bakı Hərbi Məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxladı».

Vəkil baş verənlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəklərini bildirib.

Dünən, noyabrın 12-də Ü.Həsənlinin hərbi hissələrin birində hərbi and içdiyi bildirilmişdi.

XATIRLATMA

İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA Vətəndaş Hərəkatının fəalı Ü.Həsənli oktyabrın 26-sı hərbi xidmətə aparılıb. Bununla bağlı hərəkat məlumat yaymışdı.

Məlumatda vurğulanırdı ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb.

Verilən məlumata görə, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ü.Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verilib.

Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər.

«Hərbi Komissarlıqda təkrar müayinə zamanı onun böyrəyində daş və iltihab olduğu təsdiqlənsə də, Ülvi Həsənliyə əlavə müayinələr təyin olunub», – deyə hərəkatın açıqlamasında qeyd edilirdi.

Oktyabrın 25-i keçirilən əlavə müayinələr zamanı isə onun böyrəyinin sağlam olduğu bildirilib.

Hərəkatdan həmçinin vurğulayıblar ki, Ü.Həsənli sağlıq durumu imkan verdiyi halda, hərbi xidmətə hazır olub.

Vəkillərinin deməsinə görə isə, Ü.Həsənli deyib ki, ona saxlanarkən fiziki güc tətbiq edilib.

Ancaq əlaqəli rəsmi qurumlardan gəncin işgəncəyə məruz qalması ilə bağlı deyilənlərə hələ ki, münasibət almaq mümkün olmayıb.

Bölmənin digər xəbərləri

20 Fevral 2018 İran “qaynayır” – Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
19 Fevral 2018 Ağsuda övladının əlillik dərəcəsini ala bilməyən ailə çıxış yolunu intihar etməkdə görür
19 Fevral 2018 Şəhid ailəsi kredit borcuna görə prezidentdən kömək istəyir - MÜRACİƏT
19 Fevral 2018 “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY
18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
31 Yanvar 2018 KXCP Rəsulzadənin doğum gününü Novxanıda qeyd etdi -FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.