Xəbər lenti

xediceisma.jpg
Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti 1 Saylı İnzibati - İqtisad Məhkəməsinə müraciət edərək araşdırmaçı jurnalist Xədicə İsmayılın “Kapital Bank”dakı hesabına həbs qoyulmasını istəyib.

Bu haqda jurnalistin özü bilgi verib.

X.İsmayıl deyib ki, bu gün, noyabrın 11-i Vergilər Nazirliyi bununla bağlı ona həm yazılı, həm də onlayn məlumat verib.

Jurnalist vurğulayıb ki, o, bu il beynəlxalq jurnalistika mükafatı ilə təltif edilib. Bu günlərdə həmin mükafata görə, onun“Kapital Bank”dakı hesabına pul vəsaiti köçürülüb. Ancaq X.İsmayıl həmin vəsaiti hesabından çıxara bilməyib.

Araşdırmaçı jurnalistbildirib ki, gündə iki dəfə bankla əlaqə yaradıb, pul vəsaitinin hesabına oturdulmasını istədiyini söyləyib. Ancaq deməsinə görə,bank təmsilçiləri hər dəfə ona “gözləmək lazımdır, araşdırırıq, qərar verilməyib”, məzmunda cavablar veriblər. Jurnalist bu günədək pul vəsaitini hesabından çıxara bilməyib.

Bu gün, noyabrın 11-i jurnalistə bəlli olub ki, artıq Vergilər Nazirliyi noyabrın 8-də məhkəmədən onun bank hesabına həbs qoyulmasını tələb edir.

X.İsmayıl hesab edir ki, Vergilər Nazirliyinin bu addımı onun banka etdiyi müraciətə “yuxarılarda” baxılmasının sonucudur.

Xədicə İsmayılın deməsinə görə, Vergilər Nazirliyindən ona göndərilmiş məktubda bildirilir ki,o, vergi öhdəliyinə vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada əməl etməyib. Nazirlik həmçinin Ali Məhkəmənin ötən ilin mayında X.İsmayıl barəsində çıxardığı qərara istinad etdiyini qeyd edib.

“Halbuki, həmin qərarda hansısa vergi öhdəliyimdən, məbləğdən, mənə qarşı mülki iddiadan söhbət getmir”, deyən jurnalistin sözlərinə görə, Vergilər Nazirliyi ondan 63 min 138 min manata tutulmasını istəyir.Xədicə İsmayılın deməsinə görə, nazirliyin məktubunda vergi öhdəliyinin olması barədə ona bildiriş göndərildiyi də ifadə edilib. Ancaq X.İsmayıl ona hər hansı bildirişin gəlmədiyini deyib.

Jurnalist deyib ki,elə bu gün, noyabrın 11-də Vergilər Nazirliyinin qaynar xəttinə - 195 xidmətinə zəng vuraraq hər hansı vergi öhdəliyinin olub-olmadığını soruşub. X.İsmayılın bildirməsinə görə, “Qaynar xətt”dən oana ”heç bir vergi öhdəliyiniz yoxdur” cavabı verilib.

Vergi öhdəliyi ilə bağlı iddiaları əsaslı saymayan X.İsmayıl nazirliyin məhkəməyə müraciətinə etiraz edəcəyini bildirib.

Jurnalistin bu açıqlamasına, hələlik, Vergilər Nazirliyindən və “Kapital Bank”-dan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi.Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə, həbs olunduğunu bəyan edirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona itttiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl həbsdən çıxdıqdan sonra jurnalist araşdırmalarına görə, bir neçə nüfuzlu mükafata layiq görülüb.

Sentyabr ayında o, iki nüfuzlu mükafat alıb.

Sentyabrın 26-da X.İsmayıl «Nobel mükafatına alternativ» - «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanmışdı.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Mehman Əliyev ABŞ-da! “Gəlmişəm ki…”
13 Dekabr 2017 AXCP sədri Azərbaycanda hakimiyyətin necə dəyişəcəyini açıqladı - VİDEO
13 Dekabr 2017 Bu islam ölkələri İstanbul müzakirəsinə gəlmədi
11 Dekabr 2017 Məhkəmə Əli Həsənovun nəvəsinin xeyrinə qərar verdi
11 Dekabr 2017 MTN generalı mülklərini geri istəyir
11 Dekabr 2017 Putinin ətrafının oğurladığı 1 trilyon dondurulur - Piontkovski
08 Dekabr 2017 Salyanda baş verən qətilin qətlinin ŞOK detalları
07 Dekabr 2017 "Yaqlandın məqsədi Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir" NOVRUZ MƏMMƏDOV
06 Dekabr 2017 Saakaşvili axtarışa verildi
03 Dekabr 2017 Bakıda şəhid qızını maşınla məhşur biznesmenin oğlu vurub öldürübmüş – FOTO
01 Dekabr 2017 Gözəl Bayramlı:"Birdəfəlik verilən sifarişi icra eləyin, hökmü oxuyun, çıxım gedim”
01 Dekabr 2017 Gürcü polisi azərbaycanılar yaşayan qəsəbədə əməliyyat keçirib
01 Dekabr 2017 Kredit borcu olanlara dəstək üçün vəsait ayrılacaq
27 Noyabr 2017 "Nəyə görə YAP Avropa Birliyindən məsafələnməyə çalışır?" - VİP sədri
27 Noyabr 2017 ADR "Şərq Tərəfdaşlığı"nın 5-ci Sammitinin yekunlarına dair Bəyanat verib
23 Noyabr 2017 Abdin Fərzəliyev gözdən əlillərin evinə göz dikib-VİDEO
23 Noyabr 2017 Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Qarabag Forumu keçirəcək
19 Noyabr 2017 Siyasi məhbus siyahısı yeniləndi
16 Noyabr 2017 İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi
13 Noyabr 2017 Ülvi Həsənlinin şikayəti yenə təmin edilməyib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.