Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_vekillerrr.jpg
Məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünaslar Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə etdiyi dəyişikliklə əlaqədar etiraz aksiyalarına başlamaq qərarı verib. İlk addım isə Bakıda mitinq keçirmək olacaq.

 Sozcu.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu haqda Praktik Hüquqşünaslar Qrupu noyabrın 3-də qərar verib.

Xatırladaq ki, parlament “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Praktik Hüquqşünasların İşçi Qrupunun üzvü Xalid Bağırov bildirib ki, qanunun təsir etdiyi hüquqşünaslarla yanaşı, faktiki müdafiəsiz vəziyyətdə qoyulan bəzi vətəndaşlar da bundan narazı qalıb.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsini, vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonrada bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Zərdabda bir ailə Azərbaycan vətəndaşlığından imtina edir
23 Noyabr 2017 "Yeni doğulan uşağa 45, buzova görə 140 manat verilir" - Fazil Qəzənfəroğlu
23 Noyabr 2017 Abdin Fərzəliyev gözdən əlillərin evinə göz dikib-VİDEO
23 Noyabr 2017 Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Qarabag Forumu keçirəcək
19 Noyabr 2017 Siyasi məhbus siyahısı yeniləndi
16 Noyabr 2017 İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi
13 Noyabr 2017 Ülvi Həsənlinin şikayəti yenə təmin edilməyib
12 Noyabr 2017 Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir
11 Noyabr 2017 Tramp Putinə vaxt ayıra bildi
10 Noyabr 2017 Tramp Putinlə görüşməyəcək
09 Noyabr 2017 Ankarada 110 İŞİD-çi tutuldu
08 Noyabr 2017 Müsavat başqanı Brüsselə getdi - FOTO
06 Noyabr 2017 Leysan, qar yağacaq, temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ
06 Noyabr 2017 Elmira Axundovanın oğlu ölən modelə hansı maşını alıbmış? - FOTO
04 Noyabr 2017 Dilqəm və Şahbaz üçün petisiya başladı – Səs verin!
03 Noyabr 2017 Lənkəranskinin qardaşı həbsdən buraxıldı
03 Noyabr 2017 “Lənkəranski”nin qardaşının deportasiyası gözlənilir-"Lotu Quliyə sui-qəsdə görə
02 Noyabr 2017 Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb
01 Noyabr 2017 “Ya Qarbağ, ya istefa!” tələbi ilə mitinq qərarı verildi
01 Noyabr 2017 Prezidentliyə namizədlərə pul ayrılmayacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.