Xəbər lenti

qatt.jpg

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə heyətinin iclasında Şimali İraq və İspaniyanın Kataloniya bölgəsində baş verən son hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı müzakirələr keçirilib.

Müzakirələr və qəbul olunmuş qərarda göstərilib ki, Şimali İraqda və Kataloniyada separatçıların, onların havadarlarının geri çəkilməsi bir sıra daxili və xarici amillərlə bağlı olub. Lakin hər iki ölkənin rəhbərliyinin çevik və qətiyyətli mövqe tutması, sərt addımlara əl atması həlledici amil kimi nəzərdən keçirilməlidir. Hər iki hadisə diqqəti bir daha Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxındır ki, həll olunmamasına, torpaqlarımızın bu qədər uzun vaxt ərzində işğalda qalmasına, işğalçı Ermənistanın qondarma “separatçı rejim”in adı ilə hələ də ərazilərimizi nəzarət altında saxlamasına yönəldir. Bu vəziyyət hər şeydən əvvəl Azərbaycan hakimiyyətinin qətiyyətli və sərt addım atmaması, torpaqlarımızın azad edilməsi üçün müharibəyə başlamaq istəməməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti ya müharibəni başlamalı, torpaqlarımızı işğaldan azad etməli, ya da istefa verib kənara çəkilməlidir. Biz bildiririk ki, hakimiyyət müharibəyə başlayarsa, hərtərəfli dəstək verməyə, cəbhədə, hər sahədə sıra vətəndaşı olmağa hazırıq. Amma hakimiyyətin indiki siyasətinin davam etdirilməsi artıq mümkün deyil. Torpaqlarımızın işğal altında qalmasına nə qədər dözmək olar?! Biz Azərbaycan xalqını, bütün siyasi, ictimai qüvvələri, hər kəsi işğala qarşı azadlıq müharibəsi tələbilə kütləvi aksiyalara çağırırıq. Onu da bildiririk ki, QAT yaxın günlərdə “Ya Qarabağ, ya istefa!” tələbilə mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərəcək.

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Zərdabda bir ailə Azərbaycan vətəndaşlığından imtina edir
23 Noyabr 2017 "Yeni doğulan uşağa 45, buzova görə 140 manat verilir" - Fazil Qəzənfəroğlu
23 Noyabr 2017 Abdin Fərzəliyev gözdən əlillərin evinə göz dikib-VİDEO
23 Noyabr 2017 Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Qarabag Forumu keçirəcək
19 Noyabr 2017 Siyasi məhbus siyahısı yeniləndi
16 Noyabr 2017 İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi
13 Noyabr 2017 Ülvi Həsənlinin şikayəti yenə təmin edilməyib
12 Noyabr 2017 Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir
11 Noyabr 2017 Tramp Putinə vaxt ayıra bildi
10 Noyabr 2017 Tramp Putinlə görüşməyəcək
09 Noyabr 2017 Ankarada 110 İŞİD-çi tutuldu
08 Noyabr 2017 Müsavat başqanı Brüsselə getdi - FOTO
06 Noyabr 2017 Leysan, qar yağacaq, temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ
06 Noyabr 2017 Elmira Axundovanın oğlu ölən modelə hansı maşını alıbmış? - FOTO
04 Noyabr 2017 Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər
04 Noyabr 2017 Dilqəm və Şahbaz üçün petisiya başladı – Səs verin!
03 Noyabr 2017 Lənkəranskinin qardaşı həbsdən buraxıldı
03 Noyabr 2017 “Lənkəranski”nin qardaşının deportasiyası gözlənilir-"Lotu Quliyə sui-qəsdə görə
02 Noyabr 2017 Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb
01 Noyabr 2017 Prezidentliyə namizədlərə pul ayrılmayacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.