Xəbər lenti

seckigurcus.jpg
2018-ci il prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycanın siyasi mühitində canlanma müşahidə olunur.

Partiyalar prezident seçkilərində iştiraka təşviq etmək üçünsə maliyyə də böyük rol oynayır.
Bu mənada bir neçə il əvvəl Mərkəzi Seçki Komissiyası dövlət büdcəsindən prezidentliyə namizədlərə maliyyə ayırırdı.

Misal üçün, 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı, lakin 8 nəfər namizəddən yalnız üç nəfəri 3 faizlik baryeri keçmişdi.

2008-ci ilin prezident seçkilərində namizədlərin hər biri üçün dövlət büdcəsindən 12 min manat vəsait ayrılmışdı. Bu seçkilərdə 3 faizlik baryeri keçməyən partiyalara isə pul verilməmişdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2003 -cü ilin prezident seçkisində 3% - dən az səs topladıqlarına və dövlət büdcəsindən ayrılan pulu geri qaytarmadıqlarına görə onlara 2008-də maliyyə verilmədi.

Lakin sonradan istər parlament, istərsə də prezident seçkilərində iştirak edən partiyalara dövlət büdcəsindən pul ayrılması dayandırıldı. Belə ki, 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqləndi.
Bəs 2018-ci ilin prezident seçkiləri öncəsi namizədlərə dövlət büdcəsindən pul ayrılması üçün Seçki Məcəlləsinə yenidən baxıla bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov mövzu ilə bağlı Modern.az saytına danışıb.

Deputat bildirib ki, hazırda Seçki Məcəlləsinə belə dəyişiklik edilməsi gündəmdə deyil.

"Əvvəllər prezident seçkilərində namizədlərin hər birinə təxminən 15 min manat civarında pul ayrılırdı. Bu vəsait tələb olunan səs toplanmadıqda, geri qaytarılmalı idi”-deyə S. Novruzov söyləyib.

YAP funksioneri qeyd edib ki, prezidentliyə namizədlər lazım olan səsi yığa bilməsələr də, onlara ayrılan pulu geri qaytarmırdılar.
"Buna görə də, bu məsələ açıq vəziyyətdə qaldı”.

"Bəs siyasi aktivliyi artırmaq və partiyaları prezident seçkilərində iştiraka təşviq etmək üçün namizədlər üçün yenidən pul ayrıla bilərmi” sualına isə parlamentin komitə sədrinin cavabı belə olub:

"Siyasi aktivlik onsuz da var. Kifayət qədər insan bəyanat verib ki, prezident seçkilərində iştirak edəcək. Bir çoxları istər parlament, istərsə də prezident seçkilərində seçilmək üçün yox, məhz o pulu almaq üçün namizədliklərini verirdi. Buna görə də, qanunvericiliyə dəyişiklik edildi”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Zərdabda bir ailə Azərbaycan vətəndaşlığından imtina edir
23 Noyabr 2017 "Yeni doğulan uşağa 45, buzova görə 140 manat verilir" - Fazil Qəzənfəroğlu
23 Noyabr 2017 Abdin Fərzəliyev gözdən əlillərin evinə göz dikib-VİDEO
23 Noyabr 2017 Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Qarabag Forumu keçirəcək
19 Noyabr 2017 Siyasi məhbus siyahısı yeniləndi
16 Noyabr 2017 İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi
13 Noyabr 2017 Ülvi Həsənlinin şikayəti yenə təmin edilməyib
12 Noyabr 2017 Nazirlik Xədicə İsmayılın bank hesabına həbs qoyulmasını istəyir
11 Noyabr 2017 Tramp Putinə vaxt ayıra bildi
10 Noyabr 2017 Tramp Putinlə görüşməyəcək
09 Noyabr 2017 Ankarada 110 İŞİD-çi tutuldu
08 Noyabr 2017 Müsavat başqanı Brüsselə getdi - FOTO
06 Noyabr 2017 Leysan, qar yağacaq, temperatur 4-6° enəcək - XƏBƏRDARLIQ
06 Noyabr 2017 Elmira Axundovanın oğlu ölən modelə hansı maşını alıbmış? - FOTO
04 Noyabr 2017 Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər
04 Noyabr 2017 Dilqəm və Şahbaz üçün petisiya başladı – Səs verin!
03 Noyabr 2017 Lənkəranskinin qardaşı həbsdən buraxıldı
03 Noyabr 2017 “Lənkəranski”nin qardaşının deportasiyası gözlənilir-"Lotu Quliyə sui-qəsdə görə
02 Noyabr 2017 Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb
01 Noyabr 2017 “Ya Qarbağ, ya istefa!” tələbi ilə mitinq qərarı verildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.