Xəbər lenti

rufetinanasi1.jpg
Ölkədəki haqsızlıqlara etiraz bəyanatı ilə prokurorluq orqanlarından istefa verən və bundan sonra şərlənərək həbs olunan keçmiş müstəntiq, siyasi məhbus Rüfət Səfərov cəza çəkdiyi 9 saylı müəssisədə 10 günlük “karsa” salınıb. Bu barədə onun vəkili və anası məlumat paylaşıb.

Anası Tahirə Səfərova oğlunun həyatına yaranan təhlükə, ondan hətta həbsxanada da əl çəkilmədiyi ilə bağlı ictimaiyyətə müraciət də edib. Müracitədə deyilir:

“Dostlar, sizləri də təkrar-təkrar yazmaqla yoruram. Mən bunun fərqindəyəm. Amma nə etməli ki, övlad dərdi ürəyimi param-parça edir. Oğlum Rüfətin taleyindən çox narahatam. O, bu günün özündə də ciddi təzyiqlər altındadır. Hər şeydən məlumatınız var. Rüfətin həbsxanada etiraz əlaməti olaraq aclıq aksiyasına başlaması ona bu dəfə çox ağır başa gəldi. Guya ki, daxili nizam-intizam qaydalarını pozduğuna görə oğlumu 10 günlük yenidən karsa saldılar. Bilmirəm nə edim,kimə müraciət edim. Qapıların hamısı üzümüzə bağlıdır. Rüfət azad fikir söylədiyinə görə şərlənərək 9 il azadlıqdan məhrum edilmişdir. Bilmirəm ondan daha nə istəyirlər. Sanki ölümünə durublar. Axı sizin də övladlarınız var. Allah hər şeyi görür. Verdiyiniz işgəncələr onsuz da Rüfətin sağlamlığında öz izini qoyub. Əziz analar və bacılar, Sizlərə müraciət edirəm. Köməyinizi,dəstəyinizi əsirgəməyin. Artıq iki gün karsda olmasına baxmayaraq onunla vəkilin görüşünə belə icazə vermirlər. Bu gün hörmətli Bəhruz Bayramovla həyat yoldaşım Eldar Sabiroğlu 9 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmiş və müəssisə rəhbərliyinin nümayəndəsi ilə aparılan qısa söhbətdən sonra geri qayıtmışlar. Mən Eldardan oğlumun vəziyyətini soruşdum. Söylədi ki, hər şey baş verə bilər.Hakimiyyətin tapşırığı ilə onun başına ən ağır hadisələrin açılması belə mümkündür. Bir ana kimi övladımın taleyinə daha dözə bilmirəm. Bu dərəcədə allahsızlğı sadəcə təsəvvür etmirəm.

Mən Rüfətimin sağlığını istəyirəm. Əgər bunu da ona çox görəcəklərsə göydəki Allah və bir də özləri bilsin.

Əziz analar, indilərdə sizin səsinizə böyük ehtiyac duyuram. İnanıram ki, bunu məndən əsirgəyən deyilsiniz”.

Azadlıq.info
Sozcu.az

 

Bölmənin digər xəbərləri

20 Fevral 2018 İran “qaynayır” – Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
19 Fevral 2018 Ağsuda övladının əlillik dərəcəsini ala bilməyən ailə çıxış yolunu intihar etməkdə görür
19 Fevral 2018 Şəhid ailəsi kredit borcuna görə prezidentdən kömək istəyir - MÜRACİƏT
19 Fevral 2018 “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY
18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
31 Yanvar 2018 KXCP Rəsulzadənin doğum gününü Novxanıda qeyd etdi -FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.