Xəbər lenti

ilhamyehh.jpg
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.

Sozcu.az-ın məlumatına görə, görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, Bakıda prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirib. Malkolm Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu deyib, ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndiriblər.

Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bölmənin digər xəbərləri

20 Oktyabr 2017 Nizami rayonunda icra başçısı vətəndaşı döydürüb
20 Oktyabr 2017 Elçibəyin köməkçisindən Ayaz Mütəllibova – Şillə kimi suallar
20 Oktyabr 2017 Bu, Rusiyanın ən mühüm silahıdır – ABŞ diplomatı
17 Oktyabr 2017 Müsavat başqanı 21 oktyabr yürüşünün təşkilatçılarına xüsusi tapşırıqlar verdi
15 Oktyabr 2017 Sabah hava kəskin dəyişəcək, Bakıda yağış, rayonlarda dolu yağacaq
12 Oktyabr 2017 Çevriliş gecəsi ilə bağlı şok iddia: ABŞ-ın dəstəyi…
12 Oktyabr 2017 "Gürcüstan işi" ilə bağlı hazırlanan Hesabat təqdimata hazırdır
11 Oktyabr 2017 Şərq Tərəfdaşlığı parçalanır: Avropadan yeni layihə
11 Oktyabr 2017 ABŞ-dan Türkiyə açıqlaması
10 Oktyabr 2017 Deputatın qardaşı oğluna məxsus şirkətin direktoru həbs edilib
09 Oktyabr 2017 ABŞ-la Türkiyə arasında viza qarşıdurması
06 Oktyabr 2017 Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı:“Qeydiyyata düşməyən məbləğ 2 milyard dollardan çoxdur” - CƏDVƏL
04 Oktyabr 2017 Avropa Məhkəməsinin qərarı icra edilmir - Siyasi fəallar kompensasiyalarını ala bilmir
04 Oktyabr 2017 Rusiya hücumu etdi: Culyani əllərini itirdi, 12 komandir məhv edildi
04 Oktyabr 2017 Üç ölkə kürdlərə qarşı birgə əməliyyat hazırlığında
02 Oktyabr 2017 Elman Türkoğlunun oğlu həbs edildi
02 Oktyabr 2017 Borçalı Cəmiyyəti Gürcüstanda yerli seçkilərlə bağlı açıqlama yaydı
29 Sentyabr 2017 Cahangir Hacıyev "kars"da aclıq edir
27 Sentyabr 2017 AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb
27 Sentyabr 2017 Rus deputat azərbaycanını xilas etmək üçün Polad Bülbüloğluna müraciət etdi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.