Xəbər lenti

azerisiq.png"“Azərışıq” ASC-nin Ağsu rayon şöbəsi vətəndaşları saymır və hüquqlarına hörmət etmir".

Bu sozləri Sozcu.az saytının təsisçisi Elşən Əlisoy deyib: "Ağsu rayonunda gün ərzində dəfələrlə  və heç kimi xəbərdar etmədən işıqları söndürüb yandırırlar. Dəfələrlə olub ki, rayon sakinlərinin evlərində olan  məişət avadanlıqları buna dözməyərək xarab olub.  Rəhbəri olduğum Sozcu.az saytının da komputerləri dəfələrlə zədələndiyi üçün əlavə xərc çəkməli olmuşuq, idarənin müdiri isə sanki qanun bunu tələb edirmiş kimi özbaşınalıqlarını dayandırmır. “Azərişıq” ASC-nin qaynar xəttinə zəng edərək məsələyə münasibət bilmələrini istədikdə isə verdikləri cavab bu idarənin meşə qanunları ilə idarə olunduğunu bir daha göstərdi. Siz təsəvvür edin ki, rayonun işıqlarını ardıcıl olaraq söndürüb yandırmalarını  bununla əsaslandırmağa çalışırlar ki, əhalidən işlətdikləri enerjinin pulunu bu vasitə ilə yığırıq.  Demək, birinci rayonun işıqlarını söndürərək əhaliyə “xox” edib, sonra başlayırlar pul yığmağa. Rayon sakinlərinin hər birnin evində işıq sayğacı olduğu halda, bunlar bütün rayonun işıqlarını söndürürlər. Normal bir ölkənin vətəndaşına desən ki, bizdə əhalidən işlətdiyi enerjinin pulunu yığarkən rayonun bütün işıqlarını söndürüb sonra yığıma başlayırlar  və ya bir nəfərin işıq pulunu ödəmədiyinə görə bütün əhalinin işıqlarını kəsirlər siz təsəvvür edin də...!  Qısası, “Azərişıq”ın Ağsu şöbəsi rayonda “hamı bir nəfər üçün, bir nəfər hamı üçün!”  prinsipini həyata keçirir".

Sozcu.az saytının məlumatına görə, “Azərişıq” ASC-nin Ağsu rayon şöbəsində olan bu özbaşınalıqlar haqqında dəfələrlə saytın e-mail ünvanına şikayətlər daxil olub. Şikayət edən rayon sakinləri bildirirlər ki, idarəyə Gülxan Zülfüqarov adlı şəxsi müdir təyin etdikdən sonra əməlli başlı işıq üzünə həsrət qalıblar. 

Məsələ ilə bağlı yaxın günlərdə geniş reportaj hazılayacağıq.

Samir

Bölmənin digər xəbərləri

21 Fevral 2017 1-ci vitse-prezidentin təyin olunması ilə bağlı siyasi partiyaların mövqei
21 Fevral 2017 KXCP-nin xanım üzvü həbs edildi
18 Fevral 2017 jurnalist Bakı şəhər DYP-nin rəisinə:” Sizə "Əəə” deyə müraciət etsəm...”
17 Fevral 2017 İrandan işğalçı İrəvana fantastik dəstək
17 Fevral 2017 Sekuta: “ABŞ Qarabağın müstəqilliyini tanımır”
16 Fevral 2017 Fars rejimi xislətindən əl çəkmir -BAYRAĞIMIZA HÖRMƏTSİZLİK
14 Fevral 2017 Tanınmış alim Zərdüş Əlizadənin cavabını verdi
13 Fevral 2017 Nardaran məhbusu: “Heydər Əliyevin ayağının altında qurban kəsib, İlham Əliyevin də vəkili olmuşam...”
13 Fevral 2017 Avropa Məhkəməsi Xəzər Teyyublu ilə bağlı hakimiyyətə sorğu göndərdi
10 Fevral 2017 Siyavuş Novruzov niyə arıqlayıb? - AÇIQLAMA
10 Fevral 2017 Hakimiyyət nədən ehtiyatlanır?
09 Fevral 2017 Dilqəm Əsgərovun oğlu narazıdır
02 Fevral 2017 “Ledi Qaqaya 1 milyon dollar ödəmişdik” – Nazir Azad Rəhimov
02 Fevral 2017 Gürcülər Avropaya vizasız gedə biləcək
30 Yanvar 2017 Gədəbəy hərbi komisarlığına rüşvət ittihamı: “Sakinlər şikayət üçün KXCP-yə üz tutur”
29 Yanvar 2017 KXCP-nin gənc üzvü mühacirətə getdi
29 Yanvar 2017 Kəmaləddin Heydərovun 14 oteli var
27 Yanvar 2017 Siyasi məhbusların müdafiəsi üçün mərkəz yaradıldı
26 Yanvar 2017 Suriya müxalifəti Kremlin layihəsini rədd etdi
26 Yanvar 2017 Trampdan Ərdoğana ilk dəstək – Təklif qəbul edilir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.