Xəbər lenti

qubadibad.jpg

“Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq”

"Dünənki müşavirədə prezidentin ifadə etdiyi bir fikrə münasibət bildirmək istərdim. "Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil." Bu açıqlamaya mən də iqtisadçı olaraq fikir vermək istəmirdim, amma bu açıqlamanın ətrafında gedən müzakirələri və sosial sifarışləri nəzərə alaraq sizlərlə aşağıdakı fikirlərimi bölüşmək qərarına gəldim".  

Sozcu.az xəbər verir ki, bu sözləri bu sözləri İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında dediyi fikirlərə münasibət bildirərkən iqtisadçı alim Qubad İbadoğlu deyib:

"Əvvala qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, həqiqətən də ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq.
İkincisi, hesab edirəm ki, bu açıqlama yerli iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu daha aydın görsənir. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin çox böyük əksəriyyəti bu hakimiyyətin yalnış, səbatsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ğlkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki, ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər. 

Üçüncüsü, bu günlərdə apardığım analizlər göstərdi ki, hələ ötən ilin əvvəlində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının prezident aparatına təqdim etdiyi Azərbaycanın rifahı naminə 1 il üçün "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi" nə daxil olan 12 təklif hazırda bu hakimiyyət tərəfindən tətbiq olunur. Həmin təkliflərin yer aldığı fərman və sərəncamlara prezident özü imza atıb". 

Nəhayət, onu da əlavə edim ki, yerli iqtisadçıların təklifləri yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrinin hökümətləri tərəfindən də tətbiq olunur. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqil iqtisadçılarının peşəkar mövqeyi əsas götürülür, onlar nəzərə alınmaqla qlobal səviyyəli siyasət qərarları qəbul olunur. Ona görə də, əksinə yerli iqtisadçıları rişxənd obyektinə çevirilməməli, onların qazandıqları nailiyyətlər Azərbaycan brendi kimi təqdim olunmalıdır. 
Son olaraq hakimiyyət komandasında təmsil olunan yüksək ranqlı iqtisadçilarla Azərbaycan iqtisadiyyatının hazırkı problemlərinə həsr olunmuş istənilən mövzuda ictimai debata hazır olduğumu bəyan edirəm".

Elşən Əlisoy

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.