Xəbər lenti

tramp111.jpg
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə sayılı günlər qalıb. Yanvarın 20-də D.Tramp and içəcək və yanvarın 21-dən ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. İnauqurasiya komitəsinin yaydığı məlumata görə, mərasimin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq. Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.

Yanvarın 21-də duaların oxunduğu mərasimlə səhər yeməyi veriləcək. Mərasimə müxtəlif dinlərin bir neçə min nəfərdən ibarət təmsilçisi, həmçinin ABŞ siyasəti və işgüzar elitasının nümayəndələri qatılacaq.

Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. ABŞ-ın xüsusi xidməti və paytaxt polisi hesab edir ki, yeni seçilən prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyası zamanı Vaşinqtonda dünyanın ən çətin əməliyyatlarından biri qeydə alına bilər. “Nyu York Tayms”ın yazdığına görə, hazırda Tramp tərəfdarları ilə seçkinin nəticələrindən narazı qalanlar arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün ciddi hazırlıq gedir.

İnauqurasiyaya Trampın bir milyona yaxın tərəfdarının gələcəyi gözlənilir.

İnauqurasiya mərasimində iştirak üçün Bakıya heç kimə dəvət gəlmədiyi barədə diplomatik mənbələrdən Yeni Müsavata daxil olan məlumatda bildirilib ki, Azərbaycan adına dəvət ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev açıqlamasında bildirib ki, Bakıya dəvət gəldiyi barədə məlumata malik deyil.

Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi dövlət orqanları da ABŞ prezidentinin inauqurasiya mərasiminə Bakıya dəvət gəldiyi barədə rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, 2013-cü ilin yanvarında Barak Obamanın inauqurasiya mərasimində də ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri təmsil etmişdi. Belə görünür ki, ABŞ bu dəfə də səfirlə kifayətlənəcək. Bununla belə, ekspertlər bildirir ki, Bakıya xüsusi dəvətin olmaması Azərbaycan iqtidarı ilə Tramp hakimiyyəti arasında problemlərin olacağını söyləmək üçün əsas sayıla bilməz. Azərbaycan hakimiyyətinə əvvəlki dönəmlərdə də respublikaçılarla işləmək demokratlarla işləməkdən daha rahat olub. Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq.(axar.az)

Bölmənin digər xəbərləri

25 Sentyabr 2017 Bəkir Bozdağ: ”Məzhəbçilik böyük bir fitnədir”
25 Sentyabr 2017 ABŞ Şimali Koreyaya müharibə elan etdi?
25 Sentyabr 2017 Türkmən lider İlham Əliyevə səsləndi: "HARDASAN?"
25 Sentyabr 2017 İraqın kürd muxtar bölgəsi müstəqillik referendumu keçirir
24 Sentyabr 2017 Rüfət Səfərov “karsa” salındı; anası ictimaiyyətə səsləndi
24 Sentyabr 2017 Lütfi Zadənin nəşi nə vaxt gətirilir? - Açıqlama
21 Sentyabr 2017 Oğlana “tibb bacısı” diplomu verilib
20 Sentyabr 2017 Əli Kərimliyə qarşı cinayət işı açan prokuror Milli Şuranın mitinqini dəstəklədi
20 Sentyabr 2017 Hacı Qalib Salahzadə: “Şeyxin oğlu iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”
19 Sentyabr 2017 İlham Əliyev ABŞ-da yəhudilərlə görüşdü
19 Sentyabr 2017 "Yeni neft sazişi manat üçün yeni risklər yarada bilər" - Qubad İbadoğlu
17 Sentyabr 2017 NATO rəhbərinin köməkçisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”
16 Sentyabr 2017 Vergilər Nazirliyi ''Turan''a qarşı sanksiyanı ləğv etdi
15 Sentyabr 2017 TV rəhbərinin cinayət işi məhkəməyə göndərildi
13 Sentyabr 2017 Akif Nağ Türkiyə səfiri ilə görüşüb
13 Sentyabr 2017 Qazaxın icra başçısı şəhid ailəsindən nə istəyir?
13 Sentyabr 2017 İcra hakimiyyəti şəhid ailələrinə yaşamaq üçün bataqlıqda torpaq verib
11 Sentyabr 2017 Mehman Əliyev azad edildi - Təcili
11 Sentyabr 2017 İlham Əliyev Mehman Əliyevin həbsinə reaksiya verdi
10 Sentyabr 2017 Sabir Rüstəmxanlı Əbülfəz Elçibəyin kəndini ziyarət etdi - FOTOLAR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.