Xəbər lenti

gedebeyy.jpg
Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

D.Məmmədov facebook səhifələrindən birində paylaşılan Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:


"İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır...

1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır".
dovletmm.jpg
Dövlət Məmmədov

Bu məlumata D.Məmmədovun facebook profilində etirazlar gəlib. İstifadəçilər bildiriblər ki, Ohon bəy əslində erməni yox, alban olub. Bundan başqa, məlumatın guya Azərbaycanın iki bölgəsi - Naxçıvan və Gəncə arasında ərazi iddiası olması qənaəti yaratdığını bildirən və buna etiraz edənlər də olub. AFN məsələ ilə bağlı tarixçilərin fikirlərini alıb.
ramilrust.jpg
Ramil Rüstəmov

AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramil Rüstəmovun sözlərinə görə, məlumat yanlışdır: "Guya 1696-cı ildə İran şahı Gədəbəyi erməni bəyinə verir. Əslində isə heç 1696 cı ildə İran adında nə coğrafi nə də siyasi məfhum mövcud deyildi. Bu anlayış 1935-ci ildə siyasi səhnəyə çıxıb. O dövrdə şah sultan Hüseyn (1694-1722) olmuşdur ki, o da səfəvilər hökmdarı idi. Səfəvi şahlarının yazışmalarında və ya məktublarında erməni adına təsadüf edilmir və belə bir sənəd də mövcud deyildir. Bu, yalan və iftiradır, Azərbaycan hökmdarlarının adına ləkə vurmaq üçün atılmış bir addımdır. Türkmənçay müqaviləsinə qədər Qafqazda və Azərbaycanda erməni olmayıb. Ümumiyyətlə Səfəvi şahları indiki Gürcüstan və Ermənistan ərazisini fəth edərkən həmin ərazilərə türk canişinləri təyin ediblər. Eyni zamanda bu ərazilərdə türk - Azərbaycan mədəniyyəti daim dominant olub".
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_dilaver.jpg
Dilavər Əzimli

Tarixçi alim  Dilavər Əzimlinin sözlərinə görə, bu cür fikirlərin yayılması təhlükəlidir: "Üzümü Dövlət Təhlükəsizlix Xidmətinə tutaraq bütöv Azərbaycanın vətənpərvərləri adından bu məlumatı yayanların fəaliyyətinin yoxlanılmasını tövsiyə edirəm. Bu informasiya birbaşa ermənilərin mənafeyinə xidmət edir. Birincisi, o zaman Naxçıvanda erməni yox idi. Orada yaşayan xristian albanlar olublar. İkinsisi, o zaman İran adlı dövlət dünya xərtisənində olmayıb. O zaman Azərbaycan Səfəvilər dövlət adlı bir Türk dövləti olub. Bu yazını yazan da səfəvilərə nifrətini ortaya qoyur. Bu adam qanmır ki, Azərbaycan Səfəfi dövləti olmasaydı, bugünki bütöv Azərbaycan coğrafiyası olmayacaqdı. İran adı isə 1935-ci ildən ingilis-rus-fars işbirliyi nəticəsində ortaya çıxıb. Üçünsü isə Gədəbəy camaatı bu fikrə etiraz etməlidir. Bu insan Azərbaycanın bu tarixi ərazisinə özünün məzhəbi baxımından yanaşmışdır. Bu isə qəbuledilməzdir. Bu yazı ermənilərin dəyirmanına birbaşa su tökür. Dördüncüsü, qardaş Türkiyə ilə Azərbaycan arasına nifaq salınmasına xidmət edir. Bu adamın mənbələrdən xəbəri yoxdur və bu mənada yazdığının məsuliyyətini daşımalıdır. Bu adam həmin məktubu hansı mənbədən götürüb, onu dəqiq yazsın.
Biz Bütöv Azərbaycan Ocaqları olaraq bütün vətənpərvər saytları bu cür yazılar dərc edənlərə qarşı mübarizəyə çağırırıq. Azərbaycan özünün özəl keyfiyyətləri ilə xüsusi seçilən bir ölkədir. Bu ərazilərdə min illərlə çoxluq təşkil edən türklərlə, digər xalqlar çiyin-çiyinə yaşayıblar. O zaman hansısa ərazinin kiməsə bağışlanmasından söhbət gedə bilməzdi. Onda o zaman bu dövlətin ərazilərindən heç nə qala bilməzdi. Dövlətin bəylərbəylikləri var idi. Həmin ərazilərə onlar nəzarət edirdi. Dövlət töycüsünün kiməsə bağışlanması isə mümkün deyildi. Biz bu cür yazılara qarşı kəskin olmalıyıq! Bizə ötürülən Vətən adlı əmanəti göz bəbəyi kimi qorumalı və uğrunda hər zaman döyüşə hazır olmalıyıq!”
ceyhuntae.jpg
Ceyhun Nəbiyev

Gəbədəyli gənc fəal Ceyhun Nəbiyev də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, günümüzdə Azərbaycanı gözü götürməyən qonşu dövlətlərin təxribatçı məlumatlarından qorunmaq üçün sosial şəbəkərlərdə ayıq-sayıq olmalıyıq: "Bu mənada əsas məsələ tarix, təhlükəsizlik öndə dayanır. Ən böyük sosial şəbəkələrdən biri olan Facebook-da yönəticisi Dövlət Məmmədov adlı şəxs olan "Gedebeyin SESİ" adında səhifədə təxribat xarakterli məlumat yer alıb. Açıq-aşkar erməni təxribatı xarakterli yazının gədəbəyli ziyalı tərəfində işıqlandırılması fəal gədəbəyli gənclərin və ziyalıların ciddi narahatlığına səbəb olub. Gədəbəy gəncləri və ziyalılarına maraqlı olan daha bir məsələ isə ixtisası tarix olmayan birinin bu cür təxribat xarakterli heç bir mənbəsi olmayan və saxta mənbə göstərərək "tariximiz budur, bilməliyik" kimi məsləhət verməklə yazmasıdır. Məqsəd nədir ciddi suallar doğurur".

AFN

 

Bölmənin digər xəbərləri

26 May 2017 Elşad Musayev: "Gözəl Bayramlının həbsi insanların xof altında yaşamasına hesablanmış addımdır"
26 May 2017 Ermənistanın fəlakəti qaçılmazdır - Xaçatryan
26 May 2017 “Vəzifədə işləyənim yoxdur deyə haqqım tapdalanmalıdırmı?” - ŞİKAYƏT
26 May 2017 Gözəl Bayramlını DTX əməkdaşları dindirir
21 May 2017 Nazir Gürcüstanda şəhid ailələri ilə görüşdü
20 May 2017 Cəbhədə erməni əsgəri öldürüldü
20 May 2017 Tramp işindən azad edilə bilər - QƏRAR
17 May 2017 Siyavuş Novruzov:"kimsə atasının gözünü çıxartdı ki, ona “Koroğlu” desinlər"
16 May 2017 Zakir Həsənovun helikopteri vurula bilərmi? - MN-dən açıqlama
15 May 2017 Syasi məhbusun həyatı təhlükədə: "Sənədlərimə intihara meyillidir yazıblar"
13 May 2017 Mehman Qələndərova yas məclisi quruldu- VİDEO
12 May 2017 İttiham aktında adı keçən MTN agentlərinin adları bilindi
11 May 2017 Tanklarımız Talış səmtində düşməni vahiməyə saldı
10 May 2017 Mehman Qələndərov üçün keçiriləcək hüzr mərasiminin vaxtı bilindi
10 May 2017 Polisi nüfuzdan kim salır; Mehman Hüseynov, yoxsa..?
10 May 2017 Lavrov Vaşinqtondan əliboş qayıdır
08 May 2017 Avtomobil nömrələrinin satışına kimlər baxır?
06 May 2017 Mehman Qələndərovun saxlandığı kameraya baxış keçirmək üçün Penitensiar Xidmətə müraciət edildi
05 May 2017 ”DTX şərt qoyur: ya bizimlə işləməlisən, ya da..”
04 May 2017 ATƏT-in İrəvan ofisi bağlanır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.