Xəbər lenti

qenirepas.jpgXeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Azərbaycan televiziyalarında bayağılaşan verilişlər barədə fikrini bildirərkən yazıb. Q.Paşayeva vurğulayıb ki, Azərbaycan kanalına baxan kimi bu sahədən getdiyinə görə peşman deyil:

“Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın”. Bu elan bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənun üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə öz-özümə “nə yaxşı ki, televiziyadan vaxtında getdin” dedim öz-özümə”.

Millət vəkili vaxtilə aktiv jurnalistika ilə məşğul olduğunu xatırladaraq, hazırda televiziyaları tənqid etməməsinə də aydınlıq gətirib:

“Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə, adamın ürəyi sıxılır. Bir çox insan tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı, siz bu sahədən gəlibsiniz” deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın” deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərindən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək, "vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara deyirəm ki, narahat olmasın, mən onun vəziyyətini anlayıram, Xəbərlər Xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində və verlişlərində elə görünməsəm yaxşıdır. İnsanlar da deyir, gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!”/Axar.az/

Bölmənin digər xəbərləri

20 Fevral 2018 Erməniləri susduran jurnalistin evi əlindən alınır - Foto
20 Fevral 2018 İran “qaynayır” – Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
19 Fevral 2018 Ağsuda övladının əlillik dərəcəsini ala bilməyən ailə çıxış yolunu intihar etməkdə görür
19 Fevral 2018 Şəhid ailəsi kredit borcuna görə prezidentdən kömək istəyir - MÜRACİƏT
19 Fevral 2018 “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY
18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.