Xəbər lenti

eldarnamaz.jpgAzərbaycanla Ermənistan arasında uzun illərdir davam edən Qarabağ münaqişəsinə bəzən xristian-müsəlman qarşıdurması kimi də yanaşılır. Azərbaycanla Ermənistan arasında olan münaqişəyə dini məna yükləmək doğrudurmu? Bunun münaqişənin həllinə təsirləri nələrdən ibarət ola bilər? 

Məsələ ilə bağlı  politoloq Eldar Namazov bildirib ki, Qarabağ konfliktinin başında tamam başqa amillər dayanır.

“Bu məsələni xristian-müsəlman qarşıdurması kimi qəbul etmək böyük yanlışlıqdır. Azərbaycanda xristianlar, yəhudilər və digər dinlərə mənsub olan insanlar çox rahat yaşayır. Azərbaycan dünyanın ən tolerant ölkələrində biridir. Məsələyə xristian-müsəlman qarşıdurması kimi yanaşmaq Azərbaycanın zərərinə ola bilər ancaq. Digər tərəfdən, Ermənistanın təkcə müsəlman Azərbaycanından deyil, eyni zamanda xristian Gürcüstanından da ərazi iddiaları var. Ermənistan separatçı bir ocaq yaradıb, Gürcüstanın da torpaqlarından qoparmaq istəyir”. 

Politoloqun sözlərinə görə, bu münaqişəyə xristian-müsəlman qarşıdurması kimi yanaşmaq fikri erməni şovinistləri tərəfindən ortaya atılıb. Bəzən Azərbaycan tərəfdən də kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bu oyuna qoşulur. 

“Onlar xristian Avropasının, xristian Amerikasının, ümumilikdə xristianların dəstəyini almaq üçün bu fikri irəli sürüblər. Bunu daha çox dini qarşıdurma kimi təbliğ etməyə çalışırlar. Ona  görə də biz gərək belə təxribatlara uymayaq. Bu problemin kökündə konkret olaraq erməni millətçiliyi, ərazi iddiaları dayanır. Ermənistanın qonşu ölkələrə, o cümlədən Gürcüstana və Azərbaycana ərazi iddialarının olduğunu anlamayan insanlara bunu izah etməliyik”. (Modern.az)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.