Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ehmedorucc.jpg"Milyardlarla milli sərvətin bu hakimiyyət tərəfindən mənimsənilməsi nəticəsində 10 minlərlə ailənin, yüz minlərlə körpənin ac-yalavac yaşaması, hüququnun tapdalanması, İsmayıllıdakı 11 yaşlı bir məktəblinin bir çantaya görə özünü asması barədə bir kəlmə belə danışmağa qorxanlar hamısı təhlükəsiz mövzu tapıblar, hamı ekspert olub, Nurayın müdafiəsinə qalxıblar".

Sozcu.az xəbər verir ki, bu sözləri Quba Rayon Məhkəməsinin qərarına əsasən 10 yaşlı Nuray Bayramzadənin zorla atası Əvəz Bayramova verilməsinə münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd oruc deyib:

“Milyardlarla milli sərvətin bu hakimiyyət tərəfindən mənimsənilməsi nəticəsində 10 minlərlə ailənin, yüz minlərlə körpənin ac-yalavac yaşaması, hüququnun tapdalanması, İsmayıllıdakı 11 yaşlı bir məktəblinin bir çantaya görə özünü asması barədə bir kəlmə belə danışmağa qorxanlar hamısı təhlükəsiz mövzu tapıblar, hamı ekspert olub, Nurayın müdafiəsinə qalxıblar. Sən demə ölkədə deputat, komitə, icra, "haqsızlığa qarşı mübarizlər ordusu" varmış, xəbərimiz olmayıb...
Faciə baş verib, ana dünyasını dəyişib. Ata öz halal haqqı-öz qızına sahib durmaq üçün 7 ildə 21 məhkəmədən keçib. Bu 7 ildə ata və övladı görüşməyə imkan verməyən, övladda ataya qarşı nifrət yaradan qalıb bir tərəfdə hamı atanı günahlandırır. Nə bilim "özünü sevdirməli idi, belə etməməli idi və s." Nə cür, nə vaxt, 60 ildən sonramı?- kimi məntiqi suallar haqda heç düşündünüzmü? Ata öz övladı uğrunda mübarizə aparmasa, bir uşaq da ömrü boyu atasız böyüsə bu sizin qəzəb dolu ürəklərinizə məlhəm olarmı?
Videodan atanın normal bir adam olduğu tam aydın görünür və o öz övladına sahib durmalıdır. Onun yeganə səhvi 2009-cu ildə məhkəmənin qərarından dərhal sonra öz övladına zorla da olsa sahib durmaması olub. 

İmkan verin adam öz övladına, körpə öz doğmasına qovuşsun”.

Anar Rəsullu

Bölmənin digər xəbərləri

25 Fevral 2017 Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib
25 Fevral 2017 "İndi də xanımları ləkələyir və onlardan yaxınlarına qarşı istifadə etmək istəyirlər"
24 Fevral 2017 Ayaz Mütəllibov BƏYANAT YAYDI: "Güya mən demişəm ki,..."
24 Fevral 2017 "Həyatımın ən önəmli, ən istəkli adamı... - Həyat yoldaşından İsa Qəmbərə təbrik
23 Fevral 2017 Daha 2 türk əsgəri Yunanıstana sığındı
22 Fevral 2017 Avtomobildə yol gedən hər kəs cərimələnə bilər
22 Fevral 2017 Millət vəkilləri Kamal Abdullanın təklifini dəstəklədi
20 Fevral 2017 Jurnalist həbsxanada aclıq aksiyasına başladı
19 Fevral 2017 Azərbaycan XİN-in əməkdaşı xaricdən siyasi sığınacaq istədi
19 Fevral 2017 Milli Şura mühüm açıqlamalar verdi
18 Fevral 2017 Azərbaycanda bu tələbələr ödənişdən azad edildi
18 Fevral 2017 Trampın limuzinini daşa basdılar
18 Fevral 2017 Birinci ledi: 'Prezident ölsə, onun meyitini dəstəkləməliyik!'
17 Fevral 2017 İranda fars rejiminə qarşı mübarizə dayanmır – İNSANLAR KÜÇƏLƏRDƏ
17 Fevral 2017 Türkiyədən Əl Bab açıqlaması
16 Fevral 2017 Qazaxda aksiya- "YAŞAMAQ İSTƏYİRİK!"
16 Fevral 2017 İŞİD-in hərbi polisinin rəhbəri məhv edilib
16 Fevral 2017 Azərbaycanda dərman qıtlığına səbəb nədir?
15 Fevral 2017 Azərbaycanı hədələyən terrorçu öldürüldü - FOTO
15 Fevral 2017 Ziya Məmmədov: “Nazir olmadığım üçün danışası bir şey də yoxdu”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.