Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_sonnfnfn.jpg
Türkiyə-Suriya sərhədində – sərhəddən bir neçə kilometr  uzaqlıqdakı Azez şəhərində bomba yüklü avtomobilin havaya uçurulması ən az 60 nəfərin ölümünə səbəb oldu. Teraktın İŞİD tərəfindən törədildiyi bildirilir.

Sozcu.az-ın məlumatına görə, bu haqda Turkustan.info Türkiyə mediasına istinadla xəbər verib. Xəbərə görə, şiddətli partlayış Kilisdə də eşidilib.

Yaralananlar Türkiyə sərhədindən keçirilərək Kilisdəki xəstəxanalara daşınır. Gətirilən 23 yaralıdan biri xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Azez şəhəri müxaliflərin nəzarətindədir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.