Xəbər lenti

mufti.jpg
Suriyanın baş müftisi şeyx Bədrəddin Hassun Rusiya KİV-lərinə müsahibə verib. Suriya müftüsü Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub.
 

Müftinin sözlərinə görə, dünyada ərazi mübahisəsinə son qoymağın çatdığı regionlar var. Şeyx bunlara nümunə olaraq Dağlıq Qarabağı örnək göstərib.

“Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir.Bununla hesablaşmamaq olmaz”.

Qeyd edək ki, bu ermənipərəst müfti Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən birisidir. Sünnilik məzhəbinə məxsus olmasına rəğmən İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda iştirak edir.

Bundan başqa, Hassun Rusiyada da bir çox ictimai-siyasi fikri adamı ilə sıx əlaqələrə malikdir. 

Qatı Əsəd rejim tərəfdarı olan bu müfti Hələbdə anadan olub. Atası Məhəmməd Ədib Hassun da özü kimi şeyx olub.

Dini təhsil alan Hassun 2002-ci ildə Hələbin  müftisi təyin edilib.

2005-ci ildə isə o, Suriyanın baş müftisi Əhməd Kiftarunun (kürd əsillidir) ölümündən sonra onun yerinə keçib.

Bundan başqa o, Suriyadakı Ali Fitva Şurasının, habelə Xalq Məclisinin (parlament) üzvü olub. 

Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassun müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir toplamışdı.

Lakin Suriyada vətəndaş müharibəsi başladıqdan sonra müftünün mətbuata verdiyi açıqlamalar olduqca böyük mübahisələrə səbəb olub.

Məsələn o, Suriyadakı vətəndaş müharibəsinin ilk dövrlərində ABŞ və Avropanı öz ölkələrində intihar terror aktları ilə hədələyib.

Bununla bağlı olaraq Hassunun youtube-dakı müraciətində belə deyilirdi: “Suriya istiqamətinə ilk raketin atılması ilə Suriya və Livanın bütün övladları Avropa və Fələstin torpaqlarında intihar aktını həyata keçirmək üçün yola çıxacaq. Bütün Avropa və Amerikaya səslənirəm. Suriya və Livanı bombaladığınız təqdirdə ölkələrinizdə intiharçılar hazırlayacağıq. Bu gündən etibarən gözə-göz, dişə-diş... və öncə başlayan daha zalımdır. Siz bizə zülm etdiniz. Ərəb olan, insan olan hər kəsə belə deyəcəyik”,- deyə səslənir.

 Hassun həmişə bir-birinə zidd çıxışları ilə fərqlənib.

Suriya müftüsü olan bu şəxsin “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı  inkar etməyi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim” kimi sözləri həmin dövrdə böyük hay-küyə səbəb olmuşdu.

Mətbuat şeyx Hassunun əslində Əsəd rejiminə xidmət edən agent olduğunu və onun bir çox din adamının, habelə ictimai xadimlərin həbsində əli olduğunu da yazır.

Belə ki,  Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından bu yana rejimə qarşı olduqları şübhəsi ilə 223 dini alimin həbs edilməsində Şeyx Hassunun xüsusi rolu olduğu barədə informasiyalar var.

Hassunun həbslər zamanı həmin dini alimləri öz katibi ilə bərabər şəxsən istintaq etdiyi də yazılır.

Bundan başqa, Hassunun Suriya kəşfiyyatına işlədiyi və hələ 80-ci illərdə dini icmalar haqqında məlumat toplayan agent olduğu da gələn xəbərlər arasındadır. 

Hassunun Suriyada sonradan Türkiyəyə qaçan Şeyx Əbdülqadir İsa, Şeyx Əbdülfəttah Əbu Quddə, şeyx Mustafa Əz-Zarka və Dəvalibi kimi bir çox alim barədə Suriyanın xüsusi xidmət orqanlarına məlumat ötürdüyü bildirilir.

Bütün bunlardan əlavə, Hassunun Şeyx Məşuq Əl-Həzləvinin öldürülməsi hadisəsində adı keçir.

Şeyxin ermənilərə olan məhəbbəti isə yəqin ki, elə doğuşdan başlayıb. Çünki Suriya ermənilərin kompakt halda yaşadığı yerlərdən biri hesab olunur və burada erməni diasporasının təsiri olduqca güclüdür.

Hassun ilk dəfə 2006-cı ilin sentyabrında Ermənistanı ziyarət edib və burada həm din, həm də dövlət adamları ilə bir sıra görüşlər keçirib.

Həmin vaxt şeyx Bədrəddin Hassun qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Onun həmin abidə üzərində yazdıqları diqqət çəkir: “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır”. (musavat.com)

Bölmənin digər xəbərləri

19 Fevral 2018 “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY
18 Fevral 2018 Türk ordusunun zərbəsi: 1614 meyit...
18 Fevral 2018 Bu yollarda sürət həddi endirildi (XƏBƏRDARLIQ)
17 Fevral 2018 Türk ordusu Afrində 1595 terrorçunu məhv etdi
16 Fevral 2018 Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?
15 Fevral 2018 Yerevan ABŞ-ın “qara siyahı”sında
15 Fevral 2018 Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi
15 Fevral 2018 Zakir Fərəcova yeni müavin təyin olundu
13 Fevral 2018 Akif Nağı da prezidentliyə namizəd olur
12 Fevral 2018 Ana Vətən Partiyası İlham Əliyevi dəstəklədi - BƏYANAT
11 Fevral 2018 ADR Hərəkatı prezident seçkiləri ilə bağlı bəyanat verdi
10 Fevral 2018 Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək -VİDEO
09 Fevral 2018 Hacıbala Abutalıbovun oğlu adını dəyişib Abu Bəkr qoydu
06 Fevral 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…
04 Fevral 2018 “Zeytun budağı” əməliyyatı:daha 5 hədəf məhv edildi, 32 terrorçu öldürüldü
01 Fevral 2018 Əli Əhmədovdan YAP-çı gənclərə çağırış:"Sosial şəbəkədə fəal olun"
01 Fevral 2018 İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı (YENİLƏNDİ)
31 Yanvar 2018 KXCP Rəsulzadənin doğum gününü Novxanıda qeyd etdi -FOTO
27 Yanvar 2018 DTX ŞOK əməliyyat keçirdi - DSX və XİN-in əməkdaşları tutuldu
27 Yanvar 2018 Bakıda partlayış: ağır yaralı var - Foto
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.