Xəbər lenti

qubamezar1.jpg
“Erməni soyqırımı qurbanlarının Quba məzarlığındakı sümüklərinin torpağa basdırılmasına göstəriş verənlər bu dövlətin və millətin düşmənləridirlər”-Müqəddəs Mehdiyev

Dünən “İstipress.com” saytında Quba məzarlığının tədqiqatçısı, AMEA-nın Arxeologiya İnstitutunun aparıcı elmi mütəxəsisi Qəhrəman Ağayevin hamımızı şoka salan müraciəti dərc edilib. Burada bildirilir ki, məzarlıqdakı soyqırım qurbanlarının sümükləri torpağa basdırılır.

Məncə, bu cinayətdir. Erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdiyi insanların sümüklərinin torpağın altına qaytarılması heç bir əndazəyə və ölçüyə sığmır. Onda niyə külli miqdarda vəsait xərcləyib və əziyyət çəkib sümükləri oradan çıxarmışdıq? Hər şey gözümün qarşısında baş verib. Vətənpərvər arxeoloq-alim Qəhrəman Ağayev öz yoldaşları ilə birlikdə yayın istisində və qışın soyuğunda min bir əziyyətlə, necə deyərlər, iynə ilə gor qazaraq qətliam qurbanlarının sümüklərini çıxarıb. Bütün dünyaya sübut olundu ki, 1918-ci ildə vəhşi ermənilər milli və dini mənsubiyyətindən asılı olmayaraq Quba əhalisini dəhşətli və ağlasığmaz işgəncələrə məruz qoymaqla öldürərək cəsədlərini torpağın altında gizlədiblər. Məzarlıq aşkarlandıqdan iki il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərində “Soyqırım memorial kompleksinin yaradılması haqqında” sərəncam imzalayıb. Sənədi olduğu kimi təqdim edirik:

Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Quba şəhərində «Soyqırımı memorial kompleksi» yaradılsın.
2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2009-cu il № 673

Bundan əlavə, məzarlığın yaxınlığında Heydər Əliyev fondu tərəfindən memorial soyqırım kompleksi tikilmiş, qətliam qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım atılmışdır. Ötən on bir il ərzində dünyanın müxtəlif yerlərindən gələn saysız-hesabsız xarici qonaqlar, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri və sıravi vətəndaşlarımız bu möhtəşəm abidəni ziyarət etmişdir. İndi nə baş verir? Vəhşi ermənilərin törətdiklərinin canlı şahidi olanlar bizə nə deyəcəklər? Əslində daşnak vəhşiliklərinin izlərini üzə çıxarmaqdansa onları torpağa gömürük.

Qəhrəman müəllim müraciətində yazır ki, 2009-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Quba məzarlığını ilk dəfə ziyarət edəndə bu yerin şüşə örtük altında saxlanılması ideyasını bəyənmişdi. Sözügedən sərəncam da məhz bundan sonra verilmişdi.

Mən inanmıram ki, dövlət başçımızın soyqırım qurbanlarının sümüklərinin torpağa basdırılmasından xəbəri olsun. Beynəlxalq səviyyədə daşnak rəhbərlərinə, ideoloqlarına və onların havadarlarına ən tutarlı cavab verən bu şəxsiyyət belə bir işə heç vaxt razı ola bilməz. Ortalığa sual çıxır: Bəs kimdir bunu edənlər? Bəlkə məzarlıqdakı sümükləri çürümədən şüşə örtük altında saxlamaq imkanı yoxdur? Müasir texnologiyalar dövründə bu inandırıcı görünmür. Bəs onda soyqırım qurbanlarının izlərinin itirilməsinə göstəriş verənlər kimdir, onların məqsədi nədir? Cavabını tapmadığım ən böyük sual elə budur.

Mən vətənpərvər alim Qəhrəman Ağayevin səsinə səs verirəm, ona dəstəyəm. Hər bir Azərbaycan ziyalısının da borcudur ki, bu məsələyə laqeyd qalmasın. Quba məzarlığındakı soyqırım qurbanlarının sümükləri tariximizin acı qan yaddaşıdır. Bunu silmək istəyənlər dövlətimizin və millətimizin düşmənləridirlər. Başqa nə ad qoymaq olar?

Quba məzarlığı çox böyük siyasi əhəmiyyətli bir abidədir. Daşnaklarla aramızda müharibə bitməyib, hələ də şəhid veririk. Belə bir vaxtda erməni-daşnak qətliamının qurbanlarının sümüklərini yenidən torpaq altında gizlətməyin adı nədir? Qarşıdan isə 31 Mart-azərbaycanlıların soyqırımı gününün100 illiyi gəlir...

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri”nin baş redaktoru

Sozcu.az

Bölmənin digər xəbərləri

05 Fevral 2018 YAP namizədini sabah elan edəcək-Qurultay
05 Fevral 2018 Prezident seçkilərinə fevralın 20-də start veriləcək –Kimlər namizəd ola bilər?
26 Yanvar 2018 Azərbaycandan Afrində döyüşmək istəyən könüllülər var - FOTO
09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
01 Yanvar 2018 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT
26 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması üçün kampaniya başlayır
17 Dekabr 2017 İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.