Xəbər lenti

muqeddesm.jpg
Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev: “İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda mübarizəsini dəstəkləməliyik”

Son günlər İranda baş verənlər bütün dünyanın diqqət mərkəzinə çevrilib. Hadisələri proqnozlaşdırmaq, nə ilə nəticələnəcəyi barədə dəqiq söz demək hələlik qeyri-mümkündür.

“Şimal xəbərləri”nin əməkdaşı Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən İranda cərəyan edən hadisələrə münasibətini soruşub. Müsahibimiz cənub qonşumuzda xalqın ayağa qalxmasının təbii bir hal olduğunu bildirib: “Belə də olmalı idi, molla rejimi əhalini boğaza yığmışdı. Gec-tez kütləvi narazılıqlar baş qaldırmalıydı. İrandakı ictimai-siyasi prosesləri ciddi izləyən insanlar bilirlər ki, bu ölkənin indiki prezidenti Həsən Ruhani rejimi yumşaltmaq məqsədi ilə bir sıra addımlar atmaq istəsə də nəticə vermir. Əvvəla, molla rejimi kifayət qədər güclü müqavimət göstərir. Digər tərəfdən, H. Ruhani öz ölkəsini dünyəvi prinsiplərlə idarə etmək üçün riskli addımlar atmaqdan uzaq adamdır. Ona görə də xalq bir fürsət gözləyirdi”.

Ekspert qeyd edir ki, son vaxtlar regionda ciddi siyasi proseslər baş verir. Rusiya, İran və Türkiyə yaxınlaşması ABŞ və Qərbi ciddi narahat etməyə bilməzdi. İndiki situasiyada Ağ evin İran nümayişçilərini dəstəkləməsi gözləniləndir. İran regionda əsas oyunçulardan biridir. Burada baş verənlər bütün Yaxın Şərqi silkələyəcək. İdarəetmədə molla rejiminə meylli Türkiyənin özündə də vəziyyətin gərginləşməsi ehtimalı çoxdur. Hər şey ABŞ, Rusiya və Qərbin hadisələrə münasibətindən asılı olacaq. Yəqin ki, aparıcı dövlətlər İranla bağlı müəyyən planlara malik olmamış deyillər.

İranda yaşayan 40 milyona yaxın soydaşımızdan danışan ekspert dedi: “Biz onların taleyinə biganə qala bilmərik. Zaman-zaman İranda azərbaycanlıların haqlarını tapdalayıblar, səsini ucaldanlar dar ağaclarından asılıb. Artıq məlumatlar yayılıb ki, Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə azərbaycanlılar milli şüarlar səsləndirirlər. İranın cənubunda yaşayanlar bu ölkədəki heç bir xalqla düşmən deyillər. Onlar sadəcə öz haqlarını tələb edirlər. Azərbaycanlılar bu hadisələrdə heç bir vəchlə alətə çevrilməməlidirlər. İranda hakimiyyətə gəlmək istəyən qüvvələr millətimizin haqq işi uğrundakı mübarizəsindən öz siyasi məqsədləri naminə istifadə edə bilərlər. Çünki əvvəlki İran inqilablarında soydaşlarımızı dəfələrlə aldadıb və sonra da məhv ediblər. Keçmişdə baş verənlərdən nəticə çıxarmaq, müasir dünyanın tələblərinə uyğun hərəkət etmək gərəkdir”.

Müqəddəs Mehdiyev deyir ki, zorla ibadət və qadınların başını məcburən bağlatmağın sonu belə də olmalıydı. Hər Cümə namazından sonra insanları toplayıb zorla “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarlarını qışqırdıb aldatmağın sonu bu cür nəticələnməliydi: “Başqa bir tərəfdən son illər İran dini pərdə altında Suriyanın, Yəmənin, Livanın və digər ölkələrin daxili işlərinə qarışır, radikal islamçı-terrorçu qrupları maliyyələşdirir. Qüds məsələsini ortalığa ataraq “təəssübkeş” rolunda çıxış edir. Əslində bütün bunlar xalqın başını qarışdırmaqdan, çətin iqtisadi vəziyyətdən yayındırmaqdan başqa bir şey deyil”.

Öz ölkəmiz haqqında fikirlərini qeyd edən Müqəddəs Mehdiyev bildirdi ki, İranın Azərbaycanda da təsir dairəsi var. “Radikal islamçıların həbsini, Nardaranda baş verənləri, ölkəmizin cənub regionunda ara-sıra baş qaldıran ekstrimistlərin fəaliyyəti ilə bağlı yaşananları xatırlamaq kifayətdir. Sirr deyil ki, qəddar düşmənimiz Ermənistanın dostu olan İranın molla rejimi Azərbaycandakı sabitliyi heç vaxt həzm edə bilmir. Həm də biz dünyəvi bir ölkəyik. İran bunu da normal qəbul etmir. Düşmənimizə mənəvi qida verən, onun möhkəmlənməsinə yardım göstərən İran rejiminin Azərbaycanla dostluqdan danışması boğazdan yuxarı deyilən boş sözlərdir. Bunun əksi olaraq Azərbaycan iqtidarı İrana münasibətdə daim təmkin və səbr nümayiş etdirib, dövlətlərarası münasibətlərə xələl gətirən heç bir hərəkətə etməyib, blokadada olan cənub qonşusuna arxa çevirməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməyib. Lakin qeyd etdiyim kimi, molla rejimi heç vaxt müstəqil Azərbaycanın mövcudluğunu xoşlamayıb. Bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb”.

Bölmənin digər xəbərləri

09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
26 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması üçün kampaniya başlayır
17 Dekabr 2017 İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.