Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_bduuu.jpgAzərbaycan Demokratiya və Rifah Hərəkatı 23 dekabr 2017-ci il tarixində “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”mövzusunda Dəyirmi masa keçirib.

Sozcu.az xəbər verir ki, dəyirmi masada professor, Avrasiya Universitetinin müəllimi Ədalət Tahirzadə “1918 – 1920 – ci illərdə gənclərin xaricdə təhsili” və fəlsəfə doktoru, ADR Hərəkatının sədr müavini Məlahət Mürşüdlü “1918 – 1920 –ci illər arasında milli təhsil quruculuğu” mövzusunda məruzə edibər.

Müzakirələrdə çıxış edənlər Cümhuriyyət dönəmində milli təhsil quruculuğu haqqında ictimaiyyətin, xüsusən də Pedaqoji Universitet tələbələrinin məlumatlılıq səviyyəsinin aşağı olduğunu bildirərək bu istiqamətdə Təhsil Nazirliyinin mühüm addımlar atmasının vacibliyini qeyd etdilər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən Dəyirmi masa Qətnamə qəbul edib.

ADR Hərəkatının Mətbuat xidmətindən Xeber365.com-a verilən məlumata görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda keçirdiyi Dəyirmi masanın Qətnaməsində deyilir:

Azərbaycan pedaqoji fikir və təhsil tarixi haqqında aparılmış diqqətəlayiq tədqiqatların, yazılmış əsərlərin sayı az deyildir. Bu əsərlərdə uzun və çətin inkişaf yolu keçmiş xalqımızın formalaşdırdığı pedaqoji irs öyrənilərək bir sistem halına salınmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə həyata keçirdiyi milli təhsil quruculuğu siyasəti bəzi tədqiqatçılar tərəfindən tarixi faktlar təhrif edilərək öyrənilmişdir. Bugünkü müzakirələr də 1918 20 –ci illərdə “Müsavat dövründə təhsilin, ana dilinin inkişafına fikir verilməmişdir” fikrinin əsassız olduğunu göstərdi. .

Müzakirələrdən irəli gələrək Dəyirmi masa aşağıdakıları qeyd edir:

1.Qısa müddət ərzində, siyasi mənzərənin mürəkkəb, olayların gərgin olduğu bir zamanda hökumət tərəfindən milli təhsil quruculuğu istiqamətində aşağıdakı mühüm işləri görülmüşdür:

- 1918 - ci il 13 dekabrda müəllimlər qurultayı çağrılmışdır;

- dərslik, proqram və dərs planlarının hazırlanması məqsədi ilə komissiyalar təşkil edilmişdir;

- təhsil sisteminin quruluşu, idarə olunması haqqında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur;

- müəllim kadrların hazırlanması üçün kurslar və universitet təşkil edilmişdir;

- təlim ana dilində aparılan ilk milli məktəb yaradılmışdır;

- ana dilini bilməyən şagirdlər üçün kurslar təşkil edilmişdir;

- ibtidai məktəblər şəbəkəsi genişləndirilmiş, məktəblərin maddi bazası möhkəmləndirilmiş;

- müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atılmışdır;

- yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün Avropa ölkələrinə və qardaş Türkiyəyə (o zamankı Osmanlı dövlətinə) tələbələr göndərilmişdir.

Dəyirmi masa aşağıdakıları təklif edir:

1918-20-ci illərdə milli təhsil quruculuğu istiqamətində Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərin təbliği istiqamətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfranslar təşkil edilməsi məqsədi ilə hökümətə (və ya Prezident aparatına) müraciət edilsin.
Məhəmməd Əmin Rəsulzadənin ilk ali təhsil ocağı olan univetsitetin yaradılmasında böyük xidmətlərini nəzərə alaraq Bakı Dövlət Universitetinə onun adının verilməsi tələbi ilə bağlı sosial şəbəkələrdə kampaniya başladılsın.
Təhsil tariximizdə Ana dilində ilk olaraq yaradılmış məktəbin 100 illiyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırılsın
Pedaqoji İnstitutlarda, kadrların təkmilləşdirilməsi kurslarında məktəb və maarifimizin tarixini dərindən öyrənmək məqsədi ilə pedaqogika tarixi kursu proqramına “1918-20-ci illərdə milli təhsil quruculuğu” mövzusunda mühazirə, seminar məşğələlərinin daxil edilməsi üçün Təhsil Nazirliyinə müraciət edilsin.

Bölmənin digər xəbərləri

09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
01 Yanvar 2018 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT
17 Dekabr 2017 İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.