Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_islamteskilatii.jpg
Tanınmış Britaniya jurnalisti Robert Fiskin "The Independent" qəzetində dərc olunmuş məqaləsi "İslam Əməkdaşlığı Təşkilatı artıq dünya səhnəsində güc sayılmır" adlanır.

 Fisk yazır ki, Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanımaq bəyanatı uşaq hərəkətinə nə qədər bənzəyirsə, müsəlman ölkələrinin bu bəyanata cavabı da bir o qədər sadəlövh səslənir. Məqalədə deyilir ki, İstanbulda bu həftə keçirilmiş sammitdə yenə də "səslərini çox eşitdiyimiz yorğun və qoca liderləri görürdük": "Onlardan heç biri Fələstinin qoca və "fərsiz" prezidenti Mahmud Abbasdan nə daha kədərli, nə də daha tutqun görünürdü" – məqalədə deyilir.

Fisk yazır ki, "İstanbul sammitində 57 dövlət başçısı olmalıydı, lakin onlardan bəziləri ya Əlcəzair prezidenti Buteflika kimi komatoz vəziyyətdədirlər, ya da Yəməni bombalayan başqa ərəb dövlətlərinə söyüş yağdırmaqla məşğuldurlar".

"Və əlbəttə, bir də onlar beynəlxalq icmanı Şərqi Yerusəlimi Fələstinin paytaxtı kimi tanımağa çağırıblar. Mövcud olmayan və belə getsə, heç vaxt mövcud olmayacaq bir dövlətin paytaxtı kimi…" -jurnalist yazır.

Fiskin fikrincə, hətta öz adını da artıq iki dəfə dəyişmiş bu təşkilat və onun "kollektiv avtokratiyası" öz xalqlarına nə ümid, nə təşəbbüs, nə ədalət, nə də gələcək vəd edir. Məqalədə deyilir ki, Amerika bu liderlərin "cəsarətindən" qətiyyən narahat deyil. Fiskin fikrincə, müsəlman ölkələri ciddi görünmək istəyirdilərsə, Birləşmiş Ştatlara qarşı diplomatik, hətta zəif də olsa, neft boykotu elan etməli idilər. "Belə şeyləri onlar vaxtilə ediblər" -Fisk yazır.

"Amma indi bu baş verməyəcək, – məqalədə deyilir, – Səudlar Yəməni bombalayırlar və Amerikanı yox, Qətəri boykot edirlər, Ruhani dövlət başçısı statusuna bir azca yaxın olsa da, iranlılar səudların Livanda nələr edəcəyini güdürlər… Qəsdlərdən, sükutdan və iqtidarsızlıqdan, etnik təmizləmə təhlükəsindən danışan Livan prezidentinin özü keçmiş generaldır, hərçənd onun nitqi İstanbul sammitindəki ən yaxşı çıxış idi. Mahmud Abbas isə daha yaxşı olardı ki, Trampın qərarını Beynəlxalq Məhkəməyə verəydi. Amma Fələstin liderləri o qədər əzvaydırlar (və korrupsiyalı) ki, belə bir cəsarət heç yuxularına da girməz" -Fisk yazır.

Fisk qeyd edir ki, "problem də bundan ibarətdir". Onun fikrincə, Tramp kimi ABŞ prezidenti ilə bacarmaq üçün ərəb ölkələrinə ciddi və cavan adamlar – beynəlxalq hüquqşünaslar, vasitəçilər, təcrübəli diplomatlar lazımdır ki, Yaxın Şərqin xalqlarını müdafiə edə bilsinlər: "Yerusəlimə və işğal olunmuş ərazilərə dair ciddi BMT qətnamələri var, amma biz bu barədə heç nə eşitmirik…"

"Heç olmasa prezident Ərdoğan bəyan edir ki, Vaşinqton bundan sonra vasitəçi ola bilməz. Yaxşı, bəs necə olsun? O ərəb deyil, üstəlik də öz ölkəsini yarımdiktatorluğa çevirib" -məqalədə deyilir.

"Həqiqət budur ki, müsəlman liderlərin daha etibarlılığı yoxdur. Onlar artıq heç kimi təmsil etmirlər. Doğrudur, onlar qarşıdan gələn həftələrdə nəzərlərini Moskvaya tərəf çevirə bilərlər. Amma Moskva da çar Rusiyası və Avstriya-Macarıstan İmperiyası qədər köhnəlib”.

Müəllifin fikrincə, müsəlman liderlər olsa-olsa iflasa uğramış ölkələri təmsil edirlər, halbuki bütün müsəlman dünyası adından danışmalıdırlar. Axı bu təşkialt BMT-dən sonra əhalisinin sayına görə dünyada ikinci ən böyük icmadır.

"Bəlkə də kömək üçün Yaxın Şərqin alimlərinə üz tutmaq lazımdır? Amma onlar da bu məsələləri yalnız öz universitetlərində müzakirə edirlər. Onların da heç bir gücü yoxdur. Məhz buna görə də biz indi faciə ilə üzbəüzük".

"Bu faciənin kökü bəlkə də Birinci Dünya Müharibəsinə gedib çıxır. Məhz bu müharibənin gedişində Osmanlı imperiyası çöküb, ərəblərsə öz torpaqlarına sahiblənə bilməyiblər…" –deyə Fisk yazıb. (BBC)
Sozcu.az

Bölmənin digər xəbərləri

09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
01 Yanvar 2018 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT
26 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması üçün kampaniya başlayır
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.