Xəbər lenti

abssenati.jpg
Vaşinqtonda regionla bağlı işləyən qurumlarda hakim olan baxış, bu günə qədər ABŞ-ın mövqeyini həmişə “Biz Əsəd və Əsəd rejimi üçün uzunmüddətli bir gələcək düşünmürük” deyərək, açıqlayan Xarici işlər naziri Reks Tillersonun bundan sonra bu cür açıqlamaları çox verməyəcəyi istiqamətindədir.

 Anladıldığına görə, Trampla Putinin üzərində prinsipcə anlaşdığı Suriyanın gələcəyi üçün siyasi həll prosesindən sonra Ağ evin, xüsusilə Milli təhlükəsizlik üzrə müşavir Makmasterin baxışı Əsəd haqqında “reallaşması mümkün olmayan açıqlamaların verilməməsi” şəklindədir.

Rusların Əsədi, ABŞ-ın həssas olduğu Şimali Suriyadakı kürd strukturlaşması ilə bağlı razı salıb, federativ quruluş daxilində muxtariyyəti qəbul etməsi qarşılığında, Vaşinqtondan onun iqtidarının uzunmüddətli gələcəyi ilə bağlı açıqlamalarını yumşaltması güzəştini aldığı söylənilir.

 Yeni plan hazırlanır

 ABŞ Suriyada yaranan duruma adekvat mövqe alıb, lakin Bəşər Əsəd haqqındakı açıqlamalarını indilik yumşaltsa da, başqa uzunmüddətli plan üzərində çalışır. Bu haqda məlumat verən mənbələrin mənə anlatdıqları yeni plan belədir:

1. Rusiya və İran Suriyanın siyasi gələcəyi haqqında təşəbbüs göstərmiş ola bilərlər, ancaq orta və uzun müddətdə regiondakı ən önəmli iş Suriyanın yenidən qurulması olacaqdır.

2. Suriyanın yenidən qurulması nəhəng, çox böyük qaynaqlar tələb edən bir işdir. İran və Rusiyanın bunu öz hesablarına, ABŞ və regiondakı müttəfiqləri olmadan etməsi imkansızdır.

3. ABŞ və Qərb dünyası ilə regiondakı müttəfiqləri, Əsəd rejimi hakimiyyətdə olduğu təqdirdə, Suriyanın yenidən qurulması üçün resurs ayrılmasına qəti razı olmazlar. Yəni, ABŞ və müttəfiqlərinin yenidən qurulma üçün təmin edə biləcəkləri resurs və imkanların verilməsi üçün Əsədin getməsinin şərt olduğu irəlidə görüləcəkdir.

4. Anlayacağınız odur ki, bu anda regionda siyasi təşəbbüsü ruslara vermiş kimi görünən ABŞ, daha sonra iqtisadi gücü ilə təşəbbüsü təkrar ələ almağı düşünür.

 İranın əks həmləsi

 Dünənki yazımda İranın Tehrandan başlayıb, Suriya içindən keçərək, Aralıq dənizinə qədər yenən yolundan bəhs etmişdim. Yazının mövzusunun tələbilə, o yolun sadəcə hərbi və strateji əhəmiyyətindən bəhs etmişdim. Ancaq regionu bilən mütəxəssislər bu yolun İrandan və İraqdan, əsasən enerji olmaqla, resurs nəql etmək üçün istifadə oluna biləcəyini də söyləyirlər. Anlaşılan odur ki, İran bu yolu aktiv istifadə edərək, gələcəkdə Suriyada aparılacaq inşaat işlərində çox aktiv rol almağı planlaşdırır.

Bu bazarda ABŞ-ın müttəfiqi, gözü olduğu bilinən Səudiyyə Ərəbistanının da İranın bu planından çox narahat olduğu Vaşinqtonda məlumdur.

Vaşinqtondakı mənbələr regionda iqtisadiyyat kartı açılmağa hazırlanarkən, inşaat və infrastruktur investisiyaları məsələsində böyük təcrübəsi və potensialı olan, eyni zamanda strateji mövqeyi səbəbilə işləri ən rahat görə biləcək durumda olan Türkiyənin də gedən prosesləri çox diqqətlə, xüsusən də bu perspektivdən izləməsinin lazım olduğunu söyləyirlər.

Sərdar Turqut

“Haber türk”ün ABŞ təmsilçisi

Tərcümə Strateq.az-ındır
Sozcu.az

Bölmənin digər xəbərləri

11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
13 Sentyabr 2017 İraq parlamenti kürd müstəqillik referendumunu rədd edir
10 Sentyabr 2017 "Biz Rusiyadan qeyri-qanuni heç bir şey tələb etmirik" - QABİL HÜSEYNLİ
08 Sentyabr 2017 İlham Əliyev Myanmaya yardım etməklə bağlı göstəriş verdi
04 Sentyabr 2017 Türkiyə hücumu: Myanma böhran masası yaratdı
04 Sentyabr 2017 Yardım təşkilatları Arakanı tərk edir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.