Xəbər lenti

qabilhuss.jpgAzərbaycanın Rusiya ilə silah sazişlərində şübhə doğuracaq heç bir məqam yoxdur və Ermənistandan fərqli olaraq, Bakı silahları pulsuz deyil, dünya qiymətləri ilə alır.

Sozcu.az xəbər verir ki, bunu Axar.az-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Qardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasına münasibətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Zaxarovanın bu canfəşanlığı “Rosoboroneksport”un kommersiya imicinə kölgə salan məqamları rədd etməkdən ibarətdir:

“Ancaq yenə də bu, müsbət haldır. Azərbaycan Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını və bu müttəfiqlikdən doğan öhdəlikləri hər iki tərəfin yerinə yetirməsini istəyir. Azərbaycan buna hazır olduğunu müxtəlif yollara nümayiş etdirir. Ancaq biz sözdə deyil, işdə müttəfiqlik addımlarının Rusiya tərəfindən də atılmasını çox istərdik. Zaxarova Rusiya siyasətinin müəyyən edilməsində böyük fiqur sayılmasa da, onun belə bir fikir səsləndirməsi ən azından Rusiya XİN-nin mövqeyini əks etdirir. Əgər müttəfiqlik məsələsi gündəmə gətirilirsə, onda Moskva bundan doğan öhdəlikləri yerinə yetirməlidir. Biz Rusiyadan qeyri-qanuni heç bir şey tələb etmirik, sadəcə söhbət müttəfiqlikdən gedirsə, Azərbaycanın ərazi bütövlüyü məsələsində səmimi addımlarını gözləyirik. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, münaqişənin həllini yubadır. Bu isə müttəfiqlik anlaşıyışna heç cür sığmaz. Biz Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tənzimlənməsində bitərəf arbitr olmasını və Qarabağ məsələsinə beynəlxalq hüquq normaları əsasında yanaşmasını istərdik”.

Politoloq bildirib ki, Azərbaycan Rusiya ilə hərtərəfli münasibətlərin inkişafının tərəfdarıdır, ancaq bu yolda ən böyük əngəl Dağlıq Qarabağ problemidir:

“Son zamanlar ABŞ-ın bu məsələ ilə bağlı mövqeyində ciddi irəliləyişlər var. Rəsmi Bakı çox arzu edir ki, bu cür irəliləyişlər Moskva tərəfindən də hiss edilsin. Zaxarovanın səsləndirdiyi fikirlər hələlik bəyanat formasında olsa da, gələcəkdə müsbət dəyişikliklərə yol aça bilər. Əgər Rusiya həqiqətən bizi özünə müttəfiq hesab edir və “Qardian” qəzetinin uydurmalarını Azərbaycana qarşı təzyiq kimi qiymətlndirirsə, onda Moskva Bakıya olan digər təzyiqlərə də eyni münasibəti sərgiləməlidir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Qardian”(The Guardian) nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasını Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirib.

O bildirib ki, Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqlər həyata keçirilir.

Bölmənin digər xəbərləri

12 Fevral 2018 "Quba məzarlığındakı sümüklərinin torpağa basdırılmasına göstəriş verənlər..." Müqəddəs Mehdiyev
05 Fevral 2018 YAP namizədini sabah elan edəcək-Qurultay
05 Fevral 2018 Prezident seçkilərinə fevralın 20-də start veriləcək –Kimlər namizəd ola bilər?
26 Yanvar 2018 Azərbaycandan Afrində döyüşmək istəyən könüllülər var - FOTO
09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
01 Yanvar 2018 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT
26 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması üçün kampaniya başlayır
17 Dekabr 2017 İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.