Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehmanhhdd.jpg
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə

                                                           M Ü R A C İ Ə T

(Müraciət Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilati dəstəyi ilə 31 avqust 2017- ci ildə keçirilən “Mehman Əliyevə Azadlıq” Komitəsinin toplantısında qəbul olunub)

Azərbaycanda social- iqtisadi vəziyyətin ağırlaşdığı bir ərəfədə siyasi və iqtisadi islahatlar aparmaq əvəzinə hakimiyyət ölkədə avtoritarizmin daha da möhkəmlənməsi üçün səylərini davam etdirir. İnsanlar fərqli və müstəqil düşüncələrinə, tənqidi fikirlərinə görə şərlənib həbs olunur. Hazırda ölkə həbsxanlarında ən azından 160- dan çox şəxs siyasi motivlərlə həbsdədir. Azərbaycan siyasi və vicdan məhbularının sayına görə Avropanın lider ölkələrindən biridir. Bütün bunlar isə söz, ifadə, vicdan, mətbuat və digər hüquq və azadlıqların məhdudlaşdırılması, ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin aradan qaldırılması, ölkənin dünya xalqları arasında müfuzunun azalmasına, beynəlxalq imicinin pisləşməsinə, dövlətin zəifləməsinə səbəb olur.

Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün qanunsuz həbsləri repressiya aləti kimi geniş istifadə edir. Təkcə 2017- ci ilin ötən 8 ayında 20- yə yaxın tanınmış ictimai fəal, blogger, jurnalist, dindar siyasi motivlərlərlə həbs olunub. Siyasi məhbus Mehman Qələndərovun həyatına Bakı İstintaq həbsxanasında müəmmalı şəkildə son qoyulub. Mehman Hüseynovun, Əziz Orucovun, Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi ardından “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxta ittihamlarla azadlıqdan məhrum edilib. Mehman Əliyev Azərbaycan Respublikası CM-nin 213.1 (vergidən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.

Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin 25 avqust 2017-ci il tarixli qərarı ilə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barəsində noyabrın 7-nə qədər həbs qətimkan tədbiri seçilib. “Turan” İA 1990- ci illərdə yaradılmış Azərbaycanın ilk və son müstəqil İnformasiya agentliyidir. 3 dildə dünyanın müxtəlif ölkələrinə məlumat paylaşımı edir. Ölkənin ən obyektiv və etibarlı xəbər mənbəyidir.

Mehman Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi məhz onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Əgər belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı. Hətta onun barəsində verilmiş “vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıq” kimi ittihamlar həqiqət olsaydı belə, həbs qətimkan tədbirinin seçilməsinə lüzum olmazdı. Bundan əlavə, bütün çağırışlara vaxtında getmiş, daimi iş və yaşayış yeri olan Mehman Əliyevin istintaqdan qaçıb gizlənmə ehtimalı da absurddur.

Hesab edirik ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır. Azərbaycan hakimiyyətindən tələb edirik ki, Azərbaycanın Konstitusiyasına və qanunlarına, beynəlxalq hüquq normalarına, beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etsin. Azərbaycanda demokratik inkişaf, fundamental hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatları əməli işlərlə həyata keçirsin. Mehman Əliyev və həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın.

Azad, demokratik, sivil cəmiyyət qurulması uğrunda mübarizə aparan insanları, eləcə də bütün vətəndaşları ölkədə baş alıb gedən haqsızlıqlara, repressiyalara qarşı fəal mübarizəyə çağırırıq!
Siyasi partiyaların, vətəndaş cəmiyyəti təmsilçilərinin, media mənsublarının QHT və hüquq müdafiəsi təşkilatlarının bu mübarizəyə töhvə verməsinin zəruriliyini vurğulayaraq, dünyada demokratiyanın inkişafını öz xarici siyasətini prioriteti hesab edən ölkələri, beynəlxalq qurumları Azərbaycanda siyasi məhbus probleminin həlli üçün təsirli tədbirlər görməyə çağırırıq.

Bölmənin digər xəbərləri

21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
18 Oktyabr 2017 ABŞ diplomatları İlham Əliyevin sanksiya siyahısına salınmasına çağırır
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
16 Oktyabr 2017 Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
01 Oktyabr 2017 Türkiyə, İran və İraq Bərzaninin "can damarı"nı kəsəcək...- 4 istiqamətdə
23 Sentyabr 2017 Bərzaninin müstəqillik referendumu rəsmən başladı - İlk səslər bu ölkədən gəldi
13 Sentyabr 2017 İraq parlamenti kürd müstəqillik referendumunu rədd edir
10 Sentyabr 2017 "Biz Rusiyadan qeyri-qanuni heç bir şey tələb etmirik" - QABİL HÜSEYNLİ
08 Sentyabr 2017 İlham Əliyev Myanmaya yardım etməklə bağlı göstəriş verdi
04 Sentyabr 2017 Türkiyə hücumu: Myanma böhran masası yaratdı
04 Sentyabr 2017 Yardım təşkilatları Arakanı tərk edir
25 Avqust 2017 "Gəlin, tələbə qəbulunda testi qoruyaq" - İqtisadçı alim
17 Avqust 2017 Hakimiyyət “Turan” İA- dan nə istəyir?
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.