Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_natavangene.jpgBir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayor Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadə məlum olub.

 N. Mirvətova özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edərək göstərib ki, ləğv edilmiş MTN-in Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutublar.

O bildirib ki, rəhbəri olduğu Əməliyyat-Texniki İdarəsində telefon danışıqlarına qulaq asma əməliyyat idarələrindən verilərək nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilib. Bəzi hallarda idarələrdən tapşırıqlar daxil olanda o, tapşırıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb, tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə saxlayaraq məhkəmə qərarını onlardan istəyib. Lakin həmin idarələrdən ona məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyib. Rəhbərlik etdiyi idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir verib və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb bu barədə məlumat verib. Lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri ona tapşırıqda olan nöqsanları aradan qaldıracaqlarına və qulaq asma ilə bağlı məhkəmə qərarı olmasını desələr də, sonradan həmin nöqsanları aradan qaldırmayıblar.

O, da tapşırıqda nazirin icazəsi barədə imzasının olduğunu görüb məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş verib. Rəhbərlik etdiyi idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib. Bu təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olub, lakin onlar belə hallarda işçilərə üstü örtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə veriblər. Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsi ilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olub.

N. Mirvətova Ələsgərov Şahin İsmayıl oğlunun, Sadıxov Akif Ənvər oğlunun, Əsgərov Həsən Məmməd oğlunun, Mehdiyev Adil Şamil oğlunun telefonlarını xatırlamadığını, həmin telefonlara Əməliyyat-Texniki İdarədə qulaq asma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli həmin nömrələrə yalnız sabiq nazirin şifahi göstərişinə əsasən şifahi qaydada işçilərinə həmin telefonlara qulaq asılmasına dair göstəriş verdiyini bildirib: "Sabiq nazirin göstərişi olmadan, müvafiq sənədləşmə olmadan həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdim".

Bununla yanaşı, N. Mirvətova ifadələrində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da ifadələrində faktiki təsdiq edib.

APA

Bölmənin digər xəbərləri

12 Fevral 2018 "Quba məzarlığındakı sümüklərinin torpağa basdırılmasına göstəriş verənlər..." Müqəddəs Mehdiyev
05 Fevral 2018 YAP namizədini sabah elan edəcək-Qurultay
05 Fevral 2018 Prezident seçkilərinə fevralın 20-də start veriləcək –Kimlər namizəd ola bilər?
26 Yanvar 2018 Azərbaycandan Afrində döyüşmək istəyən könüllülər var - FOTO
09 Yanvar 2018 Avropa Məhkəməsi 12 Azərbaycan vətəndaşının şikayətini araşdırır
02 Yanvar 2018 Mahmudəli Çöhrəqanlı: "İranda baş verən etirazlara mənəvi dəstək veririk"
01 Yanvar 2018 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT
26 Dekabr 2017 Məhəmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması üçün kampaniya başlayır
17 Dekabr 2017 İslam Əməkdaşlığı Təşkilatı dünya səhnəsində niyə sayılan güc deyil? –"The Independent”
11 Dekabr 2017 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI
06 Dekabr 2017 Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi
30 Noyabr 2017 VAŞİNQTONUN “YENİ SURİYA” PLANI:Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL
21 Noyabr 2017 İSRAİL-SƏUDİYYƏ SEVGİSİNİN GİZLİNLƏRİ ÜZƏ ÇIXDI –Bir müsahibə ilə atılan körpülər - ARAŞDIRMA
17 Noyabr 2017 Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?
11 Noyabr 2017 Azərbaycan dünyada inflyasiyanın ən çox olduğu 4 ölkədən biridir
08 Noyabr 2017 Eldar Mahmudov həbs olunacaq?
06 Noyabr 2017 Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok
28 Oktyabr 2017 TRAMPIN YENİ İRAN STRATEGİYASININ HƏDƏFİ:Türkiyə və İranı toqquşdurmaq, regionu xaos zonasına çevirmək
27 Oktyabr 2017 Kataloniyadan tarixi qərar: müstəqillik – Təcili
22 Oktyabr 2017 Türkiyədən yeni raket - Dünyada ilk
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.